İnstaqramda bu da olacaq
28 Oktyabr 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
487
01.06.2022, 10:15
Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Onlar bizə əmanətdir” adlı layihə təşkil etdi. Layihə çərçivəsində Şamaxı və Mingəçevirdən olan 40-dan artıq şəhid və qazi övladları üçün müxtəlif ustad dərsləri keçirildi. Hər iki regionda olan tədbir “YAŞA” Mərkəzlərində baş tutdu.
Ustad dərsləri zamanı dənli bitkilərdən kompozisiya, muncuqlardan ibarət müxtəlif əl işləri hazırlandı və rəsm dərnəyi təşkil edildi. Tədbir zamanı uşaqlarla birgə mərkəzlərin üzvləri olan təqaüdçülər də iştirak edib, uşaqlara dəstək göstərdilər. Layihənin yekununda iştirakçılara düzəltdikləri kompozisiyalar, müxtəlif hədiyyələr, həmçinin “Optimal” mağazalar şəbəkəsindən hədiyyə kuponları təqdim edildi.
Qeyd edək ki, “YAŞA” Mərkəzi Bakıda (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi 1), Şamaxıda (Şamaxı şəhəri, Azadlıq küçəsi 1) və Mingəçevirdə (Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 19) fəaliyyət göstərir. Mərkəzin hazırda 6000 –ə yaxın fəal üzvü var və hər layihə üzrə 120-150 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0555165002, 0557042018 nömrələrinə və ya //www.facebook.com/uchuncubahar, //www.instagram.com/uchuncu.bahar/ sosial media hesablarına müraciət etmək olar.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/krdt, BirKart sifarişi üçün – //kbl.az/tkstcrd.
01:39 / 28 Oktyabr 2026
1
01:33 / 28 Oktyabr 2026
26
00:25 / 28 Oktyabr 2026
69
00:10 / 28 Oktyabr 2026
438
23:47 / 27 Oktyabr 2026
87
23:45 / 27 Oktyabr 2026
72
23:34 / 27 Oktyabr 2026
79
23:19 / 27 Oktyabr 2026
95
23:04 / 27 Oktyabr 2026
211
22:48 / 27 Oktyabr 2026
85
22:46 / 27 Oktyabr 2026
115
22:44 / 27 Oktyabr 2026
79
22:41 / 27 Oktyabr 2026
85
22:39 / 27 Oktyabr 2026
237
22:37 / 27 Oktyabr 2026
83
22:24 / 27 Oktyabr 2026
94
22:21 / 27 Oktyabr 2026
79
22:03 / 27 Oktyabr 2026
369
21:55 / 27 Oktyabr 2026
80
21:46 / 27 Oktyabr 2026
83
21:33 / 27 Oktyabr 2026
750
21:14 / 27 Oktyabr 2026
521
21:09 / 27 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.