Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70150
az

Lənkəranlı aşpazdan yeni plov növü - “Çəmə plov” - VİDEO - FOTO

21:5130 May, 2022
222
  • A

Azərbaycan mətbəxinin şahı sayılan plovun ölkəmizdə 200-ə yaxın növü var. Bunlardan şah plov, şüyüd plov, toyuq plov, çığırtma plov, qiymə plov, döşəmə plov, səbzi-qovurma plov, boranı plov, lobya plov, fisincan plov, südlü plov, kükü plov çox bişirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, cənub bölgəsində daha çox bişirilən cücə plovdur. Gənc aşpaz Tural Kərimli isə cücə plovu fərqli formada hazırlayaraq adını "çəmə plov" qoyub. Görünüşündən pizzaya oxşayan bu dadlı yeməyin hazırlanması sizə də maraqlı gələcək.

Tural Kərimli yeməyin hazırlanma qaydasından danışaraq deyib: "Çəmə" bizim deməkdir, yəni bizim plov. Çəmə plovu hazırlamaq üçün əvvəlcə düyü suda dəmə qoyulur ki, qazmaq alaq. Qazanda dəm alan düyüdən qazmaq hazırlamaq üçün bir stəkan qatıq tökülür, 5 yumurta əlavə olunaraq qarışdırılır. Sonra az miqdarda duz əlavə edilir və düyü ilə qarışdırılır. Sonra tavaya 100 qram yağ əlavə edilərək isidilir. Tava tam qızdıqdan sonra düyü qarışığı tökülür. Qabın ağzı bağlanaraq sobaya qoyulur".

Bu yeməyin hazırlanması üçün mütləq kənd cücəsi seçmək lazımdır. Cücə 4 yerə bölünür, duz-istiot vurulur. Sonra üzərinə alça turşusu əlavə olunur, əl ilə yaxşı qarışdırılır. İsti tavaya 100 qram kərə yağı atılır, yağ əridikdən sonra cücəni qoyub, üzərinə 250 qram su əlavə edilir.

"Yeməyə əlavə dad verəcək ləvəngini hazırlamaq üçün 1 baş ağ soğan, 1 baş qırmızı soğan, 100 qram qoz ləpəsi doğranaraq kiçik qabda qarışdırılır. Sonra cücənin bişdiyi tavaya tökülür. Bir saat qazanda bişməsi üçün gözləyirik. Qazmaq hazır olan kimi onu süfrəyə gətiririk. Bu zaman ləvəngi ilə bişən cücəni qazandan götürüb onu sümüyündən ayırırıq. Didilən toyuq ətini tam şəkildə qazmağın üzərində yayırıq. Üzərinə 50 qram zirinc əlavə edirik. Sonra bu yeməyin üzərinə kiçik doğranmış pendir tökülür. İki pomidor dilimlənərək yeməyin üzərinə qoyulur. Daha sonra bişməsi üçün sobaya verilir. 20 dəqiqədən sonra üzərindəki pendir əriyir və yemək tam hazır olur", - deyə aşpaz bildirib.

Düzdür, bu yeməyi görənlər onu pizzaya bənzədəcək. Amma bu, gənc aşpazın özünün hazırladığı və adını da özünün verdiyi "Çəmə plov"dur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Neuralink" implantı üçüncü insanının beyninə qoyuldu
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi -MƏBLƏĞ
Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb