Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70040
az

Rusiya uzaqmənzilli raketlərini işə saldı – Mesaj bu iki ölkəyədir

20:4628 May, 2022
154
CƏMİYYƏT
  • A

Rusiya Barents dənizində “Zirkon” raketinin sınaq atışını həyata keçirib.

OXU24.COM xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hipersəsli qanadlı raketin “Qorşkov” freqatından atıldığı, Barentsdən Ağ dənizdəki hədəfi vurduğu bildirilib.

Məlumata görə, raket atışları yeni silahların sınaqları çərçivəsində həyata keçirilib.

Rusiya “Zirkon”un təxminən 1000 kilometr məsafədəki dəniz hədəfini uğurla vurduğunu iddia edib.

Təlimin bölgə ölkələri - Finlandiya və İsveçin NATO-ya üzvlük üçün rəsmi müraciət etməsindən sonra keçirilməsi diqqət çəkib. Hər iki ölkə uzun illərdir neytral statusda idi, amma Rusiyanın Ukraynaya hücumundan sonra mövqelərini kəskin dəyişiblər.

Moskva bu prosesin qarşısını almağa çalışır, çünki Finlandiyanın üzvlüyündən sonra NATO qoşunları Rusiya sərhədləri yaxınlığında yerləşdiriləcək. Rusiyanın yüksək səviyyəli rəsmiləri dəfələrlə bu ölkələri hərbi eskalasiya ilə hədələyiblər

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ
Əhalinin yeni sayı açıqlandı

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu