Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70034
az

Ərdoğan Bəxtiyar Vahabzadənin məşhur şeirini səsləndirib

19:5628 May, 2022
133
  • A
"Bu il diplomatik əlaqələrimizin yenidən qurulmasının 30-cu ildönümünü böyük bir qürurla dərk edirik. Ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk".
 
OXU24.COM xəbər verir ki, bu fikirləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” festivalında çıxışı zamanı səsləndirib.
 
“Diplomatik münasibətlərimiz 30 il əvvəl qurulmuş olsa da, taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
 
 
 
Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan arasındakı məhəbbətin gücünü mərhum Bəxtiyar Vahabzadənin məşhur şerindəki misralarla ifadə edib:(Report)
 
Bir ananın iki oğlu,
 
Bir ağacın iki qolu,
 
O da ulu, bu da ulu,
 
Azərbaycan, Türkiyə.
 
Dinimiz bir, dilimiz bir,
 
Ayımız bir, ilimiz bir,
 
Eşqimiz bir, yolumuz bir,
 
Azərbaycan, Türkiyə.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Milli Sevgililər Günüdür
Azərbaycanda daha iki nəfər GÜLLƏLƏNDİ
İranda azərbaycanlı namizədin qələbəsi: iyulun 5-də nə gözlənilir?

Çin alimlərinin kəşfi

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO