Qaynar xətt:

(+99450) 247 90 86

Bu şəxslərə ödənilən vəsait 150 manat artacaq - VİDEO

Bu şəxslərə ödənilən vəsait 150 manat artacaq - VİDEO

CƏMİYYƏT

424

27.05.2022, 15:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Yeni əlillik meyarları bəzi əlillərə ödənilən vəsaitin artmasına səbəb olacaq”.
 

Oxu24.com  xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev feysbukda yayımlanan "Sosial saat"da deyib.

"Birinci qrup əlillərə qulluq edən şəxslərə ödənilən 80 manat da daxil olmaqla ümumilikdə 430 manat verilirdi. Lakin eyni kateqoriyada olan uşaqlara ödənilən vəsait daha az - 280 manat idi. Yeni meyarların üstünlüyü ondan ibarətdir ki, həmin uşaqlar da 280 manat yox, 430 manat alacaqlar. Beləliklə, bir sıra meyarlarda artımlar ediləcək",- deyə Sabir Qocayev bildirib.