Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69917
az

Vahid Ələkbərov 100 milyonluq mülkünü bu ölkəyə verdi

19:5926 May, 2022
151
  • A

Azərbaycan əsilli milyarder Vahid Ələkbərov sanksiyalar səbəbindən Niderlanddakı mülkü ilə vidalaşmalı olub.

OXU24.COM “Forbes.ru”ya istinadən xəbər verir ki, Vahid Ələkbərov gəmilərin təmir və inşa olunması üzrə “Heesen Yachts” müəssisəsinin səhmlərini müstəqil Niderland fonduna verib.

Sözügedən müəssisənin hansı şərtlər daxilində fonda verilməsi hələ ki məlum deyil.

Müəssisənin rəsmi saytında yer alan məlumata görə, şirkət mayın 18-dən etibarən yenidən tam olaraq niderlandlılara məxsusdur.

qeyd olunur ki, V.Ələkbərov “Heesen Yachts”ı 2008-ci ildə 100 milyon avroya əldə edib. “Lukoyl” şirkətinin həmtəsisçisinin özünün də iki yaxtası burada inşa olunub.

Xatırladaq ki, Vahid Ələkbərov cari ilin aprel ayında “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib. Böyük Britaniya Ukraynadakı müharibə fonunda Rusiyaya sanksiya tətbiq edərkən V.Ələkbərovun da adını siyahıya əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Zəlzələ belə baş verib - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı