Qaynar xətt:

(+99450) 247 90 86

İlkin Süleymanov: Xahiş etdim ki, məni buradan uzaqlaşdırsın...

İlkin Süleymanov: Xahiş etdim ki, məni buradan uzaqlaşdırsın...

CƏMİYYƏT

393

25.05.2022, 21:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

OXU24.COM xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlkin Süleymanov öz vəkillərinin suallarını cavablandırıb.

O, istintaq zamanı ona verilən sualların yönləndirici olduğunu bildirib.

"İfadəmdə bildirdiklərim sadəcə istintaq zamanı mənə verilən suallar əsasında idi. Hətta mən bir dəfə istintaqın baş müstəntiqinə də ikilikdə olan zaman xahiş etdim ki, məni burdan uzaqlaşdırıb başqa yerdə saxlatdıra bilərmi? Lakin buna baxmayaraq heç bir dəyişiklik olmadı", - İ.Süleymanov məhkəmədə bildirib.

Növbəti məhkəmə prosesi mayın 31-nə təyin olunub.