Qaynar xətt:

(+99450) 247 90 86

“Azərbaycanda qazın qiyməti çox aşağıdır” - Samir Şərifov

“Azərbaycanda qazın qiyməti çox aşağıdır” - Samir Şərifov

CƏMİYYƏT

429

25.05.2022, 17:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Dövlət müəssisələrini dərhal özəlləşdirməklə heç nəyə nail olmayacağıq".

OXU24.COM APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bizdə tarif sahəsində çox ehtiyatlı siyasət aparılır: "Çalışılır ki, tariflər kəskin surətdə artmasın. Dövlət büdcəsindən bu tariflərdə olan fərq bağlanılır. Ötən ilin əvvəlində bir çox neft məhsulları üzrə liberallaşdırmaya getdik. Biz faktiki olaraq qaz üzrə qiymətləri 2 dəfəyə qədər artırdıq. Amma bu, indi dünyada qazın qiyməti ilə müqayisədə çox aşağıdır. Hökumət bu məsələlərdə çox ehtiyatla davranır".