Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69855
az

Qulaq kiri. Yaranma səbəbləri və təmizlənmə üsulları

13:3825 May, 2022
242
CƏMİYYƏT
  • A

Eşitmə getdikcə zəifləyirsə, qulaqlarda uğultu, doluluq hissi yaranırsa, yanaşı olaraq baş gicəllənməsi, hətta baş ağrıları da olursa, bunun səbəbi qulaq kiri tıxacı ola bilər.

Tıxacın təmizlənməsi eşitmənin bərpası ilə bərabər digər əlamətlərin də aradan qalxmasına səbəb olur.

Qulaq kiri qulaq keçəcəyinin dərisindəki vəzlər tərəfindən ifraz olunan maddədir. Onun tərkibi bir qayda olaraq kükürd, toz hissəcikləri, ölmüş epitel hüceyrələri və dəri yağından təşkil olunur.

Qulaq kiri eşitmə orqanının normal fəaliyyəti üçün olduqca vacibdir, qulağın daxilinə bakteriya, virus, göbələk kimi mikroorqanizmlərin daxil olmasına əngəl olur, həmçinin ölmüş epitel hüceyrələrini xaric edir. Normal halda qulaq kirinin artığı toplanmış toz və çirk hissəciklərilə birlikdə çeynəmə və udma hərəkətləri hesabına təbii şəkildə qulaqdan xaric olur. Patoloji hallarda qulaq kiri bərkiyir və xarici qulaq keçəcəyində tıxac yaradır.

Tıxacın yaranma səbəbləri:

- Vəzlərin fəaliyyəti və kir ifrazının artması;

- Qulaq keçəcəyinin anatomik olaraq dar olması və ya qıvrımlığı;

- Qulaq keçəcəyi dərisinin qulaq çöpləri, eşitmə aparatı və ya qulaqcıqla zədələnməsi;

- Otit və sinusit kimi keçirilmiş xəstəliklər;

- Mütəmadi olaraq tozlu şəraitdə fəaliyyət;
Ətraflı

- Qulaq təmizləyərkən kirin təbil pərdəsinə doğru itələnməsi

Qulaq tıxacının təmizlənməsi üçün LOR həkimə müraciət edilməlidir. Təbil pərdənin tamlığı pozulmayanda, xəstə qulağında tıxacın varlığına əmin olanda, otit və ya başqa iltihabi xəstəlik keçirməyəndə və şəkərli diabeti olmayanda onu ev şəraitində də təmizləmək mümkündür.

Qulaq kirini təmizləmək üsulları

- Əvvəlcə qulaqdakı tıxacı yumşaltmaq lazımdır. Axşam yatmazdan qabaq qulaq keçəcəyinə dolana qədər ilıq qliserin və ya bitki yağı tökülür və pambıqla bağlanır. Səhərədək tıxac tam yumşalır, pambıq çıxarılır və qulaq keçəcəyinə 20 ml-lik şprislə hidrogen-peroksid (perekis) vurulur. İynə şprisə taxılmamalıdır. Məhlulla birlikdə tıxacın hissəcikləri də xaric olunur. Tıxac tam xaric olmadıqda iki gündən sonra prosedur təkrarlana bilər. Əks halda həkimə üz tutmaq olar.

- Qulaq kirini yumşaltmaq üçün ilıq sarımsaq yağı istifadə oluna bilər. Onu hazırlamaq üçün 1 xörək qaşığı Fitooil Küncüt yağına xırda doğranmış və ya həvəngdəstədə əzilmiş yarım diş sarımsaq əlavə olunur, vam ocaqda sarımsaq hissəcikləri qızarana qədər qızdırılır. Yağ süzüldükdən sonra gündə üç dəfə 3-4 damcı qulağa damızdırılır.

Diqqət! Qulaq tıxacını qətiyyən saç sancağı, kibrit çöpü və ya başqa əşyalarla çıxarmaq olmaz! Onlar təbil pərdəsini və qulaq keçəcəyinin dərisini zədələyə bilər.

Maraqlı bilgilər

Göy balinalarda qulaq kiri həyat hadisələrini "qeydə alır". Həmin proses bir qədər ağac gövdəsindəki illik halqalara bənzəyir. Balinaların qulaq kiri qidalanma, ətraf mühitin çirklənmə dərəcəsi və hormonal dəyişikliklər barədə məlumat verir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Görün qəhvə insan bağırsaqlarına hansı təsirləri göstərir
Vəzifəli şəxs işdən çıxarıldı -FOTO
G7 ölkələri də Rusiyanı bu üsulla "VURA BİLƏRLƏR"

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Mənzildən 21 yaşlı qızın      meyiti       tapıldı