Ramiz Mehdiyevin qızına zəng etdilər: NƏ DEYİB?
28 Oktyabr 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
415
25.05.2022, 13:19
Dünən İstanbulda yaşayan soydaşımız, aktyor Kamran Dadaşzadənin başından güllə yarası alaraq öldürülməsi barədə xəbərlər yayıldı.
OXU24.COM xəbər verir ki, aktyorun ailə dostu, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri yazıçı Aygün Həsənoğlu Lent.az-a bildirib ki, Kamran Dadaşzadə hazırda Cərrah Paşa xəstəxanasında reanimasiya şöbəsindədir.
"Adətən, bu cür cinayət hadisələrində xəstəxanalar məlumat vermirlər. Ailəsi bizə bildirib ki, Kamran Dadaşzadənin beyin ölümü gerçəkləşib. O hazırda cihaza bağlı vəziyyətdədir. Həkimlər son ümid kimi bir dərmandan istifadə ediblər. Bu gün dərmana reaksiya verib-verməyəcəyi məlum olacaq. Reaksiya verərsə, onun yaşayacağına ümid yaranacaq. Möcüzə gözləyirik",- deyə Aygün Həsənoğlu qeyd edib.
Xatırladaq ki, ötən gün iki qrup arasında çıxan atışma nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub.
Təsadüf nəticəsində hadisə yerində olan K.Dadaşzadə başından güllə yarası alıb.
1969-cu ildə Sumqayıtda anadan olmuş Kamran Dadaşzadə Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu idi. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub. İllər öncə Musiqili Komediya Teatrının xor kollektivində çalışıb. lakin onu aktyor kimi qəbul etməyiblər.
Türkiyədəki aktyorluq fəaliyyəti müddətində "Kurtlar Vadisi", "Savaşçı", "Kardeş Payı" kimi seriallarda yadda qalan obrazlar canlandırıb. Həmçinin 2018-ci ildə yayımlanan "Servet" serialında rol alıb.
23:19 / 28 Oktyabr 2026
1
23:14 / 28 Oktyabr 2026
19
23:10 / 28 Oktyabr 2026
29
22:50 / 28 Oktyabr 2026
497
22:45 / 28 Oktyabr 2026
61
22:37 / 28 Oktyabr 2026
62
22:33 / 28 Oktyabr 2026
59
22:29 / 28 Oktyabr 2026
310
20:59 / 28 Oktyabr 2026
79
20:36 / 28 Oktyabr 2026
100
20:29 / 28 Oktyabr 2026
83
20:26 / 28 Oktyabr 2026
81
20:25 / 28 Oktyabr 2026
71
20:23 / 28 Oktyabr 2026
114
20:20 / 28 Oktyabr 2026
136
20:18 / 28 Oktyabr 2026
682
20:16 / 28 Oktyabr 2026
81
20:14 / 28 Oktyabr 2026
97
20:13 / 28 Oktyabr 2026
95
19:57 / 28 Oktyabr 2026
88
19:41 / 28 Oktyabr 2026
272
19:36 / 28 Oktyabr 2026
131
19:28 / 28 Oktyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.