Ramiz Mehdiyevin qızına zəng etdilər: NƏ DEYİB?
28 Oktyabr 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
522
25.05.2022, 00:22
Ötən gün Prezident yanında Əfv Məsələləri Komissiyasının yekun iclası keçirilib. Daxil olan bütün müraciətlər dəqiqliklə yoxlanaraq, müvafiq qərarlar qəbul edilib. Əminik ki, hazırda dəmir barmaqlıqlar arxasında olan vətəndaşlarımız , həmçinin əcnəbilər həyəcanla gözləyirlər. Çünki, 28 May Respublika Günündə imzalanması gözlənilən əfv qərarı bir çoxlarının yenidən azadlığına qovuşacağı gün olacaq.
Prezident yanında Əfv Məsələləri Komissiyası aprelin 26-dan, sonuncu iclas da daxil olmaqla ümumilikdə 600-dən çox müraciətə baxıb.
Bu barədə məlumatı ''Xəzər Xəbər''ə komissiyanın üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, müraciətlər üzrə müvafiq qərarlar qəbul edilib. Əliməmməd Nuriyev deyir ki, daxil olan bütün müraciətlər dəqiqliklə yoxlanıb.
Əfv Məsələləri Komissiyasının iclaslarında baxılan müraciətlərin meyarları da açıqlanıb. Komissiyanın üzvü Əliməmməd Nuriyev deyir ki, indiyədək keçirilən iclaslarda əsasən ailə üzvləri Vətən müharibəsi iştirakçısı və qazisi olanların, yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin, hərbi qulluqçuların və digər şəxslərin müraciətlərinə baxılıb.
Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən indiyə qədər 35 əfv sərəncamı imzalanıb və bunun nəticəsində 5 mindən çox məhkum tam olaraq azad edilib və ya cəzasının qalan hissəsi azaldılıb.
23:19 / 28 Oktyabr 2026
1
23:14 / 28 Oktyabr 2026
19
23:10 / 28 Oktyabr 2026
29
22:50 / 28 Oktyabr 2026
497
22:45 / 28 Oktyabr 2026
61
22:37 / 28 Oktyabr 2026
62
22:33 / 28 Oktyabr 2026
59
22:29 / 28 Oktyabr 2026
310
20:59 / 28 Oktyabr 2026
79
20:36 / 28 Oktyabr 2026
100
20:29 / 28 Oktyabr 2026
83
20:26 / 28 Oktyabr 2026
81
20:25 / 28 Oktyabr 2026
71
20:23 / 28 Oktyabr 2026
114
20:20 / 28 Oktyabr 2026
136
20:18 / 28 Oktyabr 2026
682
20:16 / 28 Oktyabr 2026
81
20:14 / 28 Oktyabr 2026
97
20:13 / 28 Oktyabr 2026
95
19:57 / 28 Oktyabr 2026
88
19:41 / 28 Oktyabr 2026
272
19:36 / 28 Oktyabr 2026
131
19:28 / 28 Oktyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.