Müharibə veteranlarına ŞAD XƏBƏR!İki güzəştləri olacaq...
29 Oktyabr 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
386
24.05.2022, 19:19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.
OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, Azərbaycanın bu Təşkilatın fəaliyyətində rolu yüksək qiymətləndirildi.
Torpaqlarımızın Ermənistan tərəfindən işğalı zamanı və Vətən müharibəsi dövründə Təşkilatın Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyin əhəmiyyəti bir daha vurğulandı.
Bağdad Amreyev işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşaya səfərlərini məmnunluqla xatırladı. Qonaq yaxın günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin informasiya və yüksək texnologiyalar nazirlərinin də toplantısının keçiriləcəyini və həmin toplantıda iştirak edən nazirliklərin təmsilçilərinin "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalına da qatılacaqlarını diqqətə çatdırdı. O, həmçinin iyunda Şuşada Türk Dövlətləri Təşkilatı çərçivəsində genişmiqyaslı biznes forumun keçirilməsi niyyətinin olduğunu diqqətə çatdırdı, Türk dünyasından olan özəl şirkətlərin və iş adamlarının Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən quruculuq layihələrinə böyük maraq göstərdiklərini bildirdi. Bağdad Amreyev Şuşanın 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunduğunu qeyd etdi, bu baxımdan Azərbaycan ilə birlikdə Şuşada çoxsaylı mədəniyyət tədbirlərinin keçiriləcəyini dedi.
Ətraflı
Söhbət zamanı Türk Dövlətləri Təşkilatı tərəfindən Şamaxı şəhərinin 2023-cü il üçün Türk Dünyasının Turizm Paytaxtı seçilməsinin əhəmiyyəti qeyd edildi və Bağdad Amreyevin Şamaxıya səfərinin türk dövlətləri arasında turizm sahəsində də əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Sonda xatirə şəkli çəkdirildi.

01:13 / 29 Oktyabr 2026
1
00:04 / 29 Oktyabr 2026
195
23:58 / 28 Oktyabr 2026
72
23:54 / 28 Oktyabr 2026
21459
23:53 / 28 Oktyabr 2026
166
23:46 / 28 Oktyabr 2026
85
23:33 / 28 Oktyabr 2026
195
23:20 / 28 Oktyabr 2026
138
23:19 / 28 Oktyabr 2026
462
23:14 / 28 Oktyabr 2026
76
23:10 / 28 Oktyabr 2026
97
22:50 / 28 Oktyabr 2026
1068
22:45 / 28 Oktyabr 2026
87
22:37 / 28 Oktyabr 2026
81
22:33 / 28 Oktyabr 2026
80
22:29 / 28 Oktyabr 2026
409
20:59 / 28 Oktyabr 2026
91
20:36 / 28 Oktyabr 2026
114
20:29 / 28 Oktyabr 2026
96
20:26 / 28 Oktyabr 2026
91
20:25 / 28 Oktyabr 2026
79
20:23 / 28 Oktyabr 2026
128
20:20 / 28 Oktyabr 2026
225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.