Dolları manata dəyişənlərin nəzərinə
29 Oktyabr 2026, 01:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
935
23.05.2022, 21:49
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyun ayına olan biletlər 25 may 2022-ci il saat 11:00-da satışa çıxarılacaq.
Nazirlikdən verilən məlumata görə, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində reyslərin sayının artırılması qərara alınıb. İyun ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftədə 5 dəfə səfər edə biləcəklər.
Müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada almaq olar.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti vətəndaşlara bir daha tövsiyə edir ki, sosial şəbəkələrdə Şuşa istiqamətində “turlar” təşkil edilməsi ilə bağlı elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər. Biletləri heç kimə əlavə vəsait ödəmədən özləri alsınlar.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil.
Vətəndaşlardan qanunsuz bilet satışı halları ilə rastlaşdıqları halda bu barədə [email protected] elektron poçt ünvanı, //www.facebook.com/AzDANX rəsmi “Facebook” ünvanı və (+99412) 566 52 58 telefon nömrəsi vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib.
01:47 / 29 Oktyabr 2026
145
01:20 / 29 Oktyabr 2026
277
01:13 / 29 Oktyabr 2026
125
00:04 / 29 Oktyabr 2026
291
23:58 / 28 Oktyabr 2026
89
23:54 / 28 Oktyabr 2026
21673
23:53 / 28 Oktyabr 2026
246
23:46 / 28 Oktyabr 2026
105
23:33 / 28 Oktyabr 2026
229
23:20 / 28 Oktyabr 2026
149
23:19 / 28 Oktyabr 2026
528
23:14 / 28 Oktyabr 2026
83
23:10 / 28 Oktyabr 2026
108
22:50 / 28 Oktyabr 2026
1173
22:45 / 28 Oktyabr 2026
94
22:37 / 28 Oktyabr 2026
93
22:33 / 28 Oktyabr 2026
86
22:29 / 28 Oktyabr 2026
423
20:59 / 28 Oktyabr 2026
94
20:36 / 28 Oktyabr 2026
118
20:29 / 28 Oktyabr 2026
101
20:26 / 28 Oktyabr 2026
96
20:25 / 28 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.