Dolları manata dəyişənlərin nəzərinə
29 Oktyabr 2026, 01:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
516
22.05.2022, 17:19
Toxumunu toplayıb yenidən əkirsənsə...
Fikirlər səsləndirilir ki, dekorativ güllərlə təbiilərin yetişdirilib saxlanma xərcləri arasında fərq var. Y.Zeynalov isə deyir ki, yetişdirilmə xərcləri arasında elə böyük qiymət fərqi yoxdur:
"Dekorativ bitkilərin hamısı xaricdən gətirilmir, çoxu ölkəmizdə yetişdirilir. Xaricdən gətirilsə, daha baha başa gələrdi. Dekorativ bitkilərin çoxalma üsulu fərqlidir. Toxumla, qələmlə, yarpaqla çoxalanları var. Qiymət cəhətdən toxumlar arasında elə böyük fərq etmir. Amma yetişdirdiyin məhsulun toxumunu toplayıb yenidən əkirsənsə, bu, daha ucuz başa gəlir. Qurumlar çalışırlar ki, dekorativ bitkiləri özləri çoxaltsınlar".
Y.Zeynalov qeyd etdi ki, parklarda təbii güllərin yetişdirilməsinin mümkün olmadığı kimi fikirlər doğru deyil:
"Yetişdirmək olar, sadəcə, qeyd etdiyim məsələdən dolayı üstünlük dekorativ güllərdədir. Məsələn, Dənizkənarı Bulvar ərazisində təbii güllərin yetişdirilməsi təcrübəsi var. Həm dekorativ güllər əkilir, həm də təbiilər var. Deyirlər ki, dəniz suyu buxarlanır, duzu hava vasitəsilə təsir edir. Amma duz gəlib bitkinin üstünə düşüb təsir edə bilməz. Su buxarıdır, təmiz su havaya qalxır, buxarlanır. Dəniz suyu ona mənfi təsir edə bilməz".
"Üstünlük qoxulu güllərdədir"
Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva deyir ki, bulvar ərazisində daha çox ətirli güllərin əkilməsinə üstünlük verilir:
"Park ərazisində qoxulu güllər də əkilir, qoxusuz dekorativ olanlar da. Amma üstünlük hər zaman qoxulu güllərdə olub. Hər il may ayında yay mövsümünə uyğun, qoxulu güllərin əkini aparılır. Həmin güllərin içərisində qızılgülləri qeyd etmək istərdim. Qızılgüllər may ayından avqustun sonuna qədər çiçək açır. Payız-qış aylarında bu güllərə qulluq edilir, budanır, gübrələnir. Qızılgüllərlə yanaşı, digər ətirli güllər də var. Onlar arasında violanı qeyd etmək olar. Qış mövsümü gülü sayılan viola il boyu çiçəkləyir. Bulvar ərazisində ətirli güllər daha çoxdur. Ətirli kollarımız da var. Qış aylarında da bulvar ərazisində ətirli güllər olur, yayda da. Ancaq yayda qızılgüllərin qoxusu daha çox yayılır deyə, qoxunu daha çox hiss etmək olur".
Park ərazilərindəki güllərdə qoxu hiss edilmədiyini deyənlər də olur. K.İmamverdiyeva bildirdi ki, güllərin qoxusunun daha çox hiss edildiyi vaxtlar var: "Güllərin ətrini adətən səhərlər soyuq havada və axşam çağı daha yaxşı hiss etmək olur. İstidə qoxu buxarlanır, ona görə qoxunu hiss etmək qeyri-mümkündür".
"...heç bir gülün qoxusu yoxdur"
Niderlandda çalışan azərbaycanlı florist Yusif Xəlilov deyir ki, yaşadığı Amsterdamda da parklardakı güllərin qoxusu yoxdur: "Burda bayırda olan heç bir gülün qoxusu yoxdur. Bütün növ nərgiz gülləri küçədə olur, amma heç birinin qoxusu yoxdur. Bəzi qızılgüllər var ki, qoxusu var, onların da ömrü çox azdır. Həmin güllər parklarda əkilmir, onları şəxsi evlərin qarşılarında görə bilərik. Parklarda daha çox qoxusu olmayan güllərdir".
01:47 / 29 Oktyabr 2026
145
01:20 / 29 Oktyabr 2026
277
01:13 / 29 Oktyabr 2026
125
00:04 / 29 Oktyabr 2026
291
23:58 / 28 Oktyabr 2026
89
23:54 / 28 Oktyabr 2026
21673
23:53 / 28 Oktyabr 2026
246
23:46 / 28 Oktyabr 2026
105
23:33 / 28 Oktyabr 2026
229
23:20 / 28 Oktyabr 2026
149
23:19 / 28 Oktyabr 2026
528
23:14 / 28 Oktyabr 2026
83
23:10 / 28 Oktyabr 2026
108
22:50 / 28 Oktyabr 2026
1173
22:45 / 28 Oktyabr 2026
94
22:37 / 28 Oktyabr 2026
93
22:33 / 28 Oktyabr 2026
86
22:29 / 28 Oktyabr 2026
423
20:59 / 28 Oktyabr 2026
94
20:36 / 28 Oktyabr 2026
118
20:29 / 28 Oktyabr 2026
101
20:26 / 28 Oktyabr 2026
96
20:25 / 28 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.