Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69711
az

Kriminalist Nərminin qatilini təsvir etdi.

15:2922 May, 2022
223
CƏMİYYƏT
  • A

"Nərmin işi"ni o dərəcədə siyasiləşdirib, intriqa və ictimai-siyasi ziddiyyətə çevirib, kriminal hadisə əndazəsindən çıxarıblar ki, artıq bu işə baş qoşub, təhqiqat aparıb, konkret söz deyib, fikir bildirmək kəskin qısqanclıq və bundan da doğan havayı başağrı yaradır. Xalq, cəmiyyətə isə müəmmalar, həyəcan-stress qalır!

Ona görə də düşündüm ki, bu məsələyə başqa bir rakursdan ümumi nəzərlə yanaşıb, tədricən problemin kökü, qəlivini açaq ortaya qoyaq və qoy cəmiyyətin fikri kənardan yeridilənlə deyil, öz qənaəti ilə formalaşdırsın.

Hər şeyi bir kənara qoyub, hesab edək ki, hələ təqsirli müəyyən (aydın) edilməyib və axtarılır. Və sual qoyaq: Nərminin qatili kim ola bilərdi?!

Əvvəlcə görək, Nərmin üzərində hansı cinayət əməlləri törədilib, açıq, obyektiv faktlara görə:

- adam (azyaşlı, 10 yaşlı qız uşağı) oğurluğu;

- xeyli müddət şəraitsiz, qidasız, soyuq yerdə, qorxu, təzyiq altında saxlayaraq, əzab, işgəncə vermə;

- pedofiliya: müxtəlif formalarda, üsullarla və vasitələrlə azyaşlının üzərində öz daxili normal, ya öz pato-psixoloji cinsi ehtirasını söndürmə;

- həyatla bir araya sığışmayan ağır xəsarətlər, yandırma, xüsusi amansızlıqla adam öldürmə.

Sual oluna bilər ki, ola bilsin uşağı oğurlayanın cinsi əlaqə imkanı olmasın bəs onda pedofiliya mümkünmü?

Tam mümkündür. Pedofillər cinsi ehtiraslarını müxtəlif alətlərlə, sürtünmə və ya qucaqlamaqla, hətta uşağın üzünə və ya onun əzab çəkməsi, ağlamasına baxmaqla söndürə bilirlər. Öz patopsixoloji ehtiraslarını! Nərmin faciəsində motiv pedofiliyanı görürəm.

Keçək qatil pedofilin kimliyi, portretini cızaq.

Pedofiliya psixika, ağılın yox, psixologiya, yəni xasiyyət və davranışın deformasiyasıdır. Bunlar el dilində təxmini desək, "dəli" deyil, "bic"dirlər. Pedofil əsasən 13 yaşdan aşağı uşaqlara meyil göstərənlərdir. Niyə? Çünki onlar iki şəxsiyyətli və xarakterli psixopatdırlar. Bunlarda şəxsiyyət ikiləşir, bir bədəndə iki tam fərqli şəxsiyyət var. Və bunlar çox təhlükəli insanlardır. Sakit, fağır, mədəni, intellekt şəxsiyyət birdən vəziyyətdən asılı olaraq, çönür qəddar, aqressiv kobuda.

Pedofillərdə niyə azyaşlı uşaqlara həvəs var? Çünki onlarda cinsi şüur yeniyetmə 15-16 yaş dövründə qalıb, inkişaf etməyib şəxsiyyəti. Və bununla onların marağı, diqqəti azyaşlılara yönəlir, özlərini 15-16 yaşlı oğlan hiss edirlər. Digər şəxsiyyəti ilə isə həyatda, böyük insanlar kimi davranır, təhsilli, savadlı, bacarıqlı da ola bilirlər. Cəmiyyətdə güclü inam, hörmət də qazananları olur.

Sadəcə azyaşlı, gözəgəlimli qız uşağı görəndə anidən beyinləri manyaka çönür.
Ətraflı

O yeniyetmə cildinə keçəndə də mimikaları və səs telləri, davranışları elə yeniyetməyə dönür ki, azyaşlı qızlarda 15-16 yaşlı bir oğlan təsviri yaradıb, onların etibarını alıb apara bilirlər!

Bunlardakı ümumi xasiyyət də normadan çıxır. Ya çox enerjili, münasibətli, ya da ki, çox passiv və özlərinə qapanan, tənhalığa çəkilən olurlar. İkişəxsiyyətlilər ikiüzlülərdən fərqli olaraq, çox, xüsusi təhlükəlidirlər. Çünki onların əsil simasını daha çətin ayırd etmək olur. İkiüzlü eyni şəxsiyyətin iki üzüdür, davranışına yaxşı diqqət etsən, əsl simasını ayırd etmək olur.

Şəxsiyyəti ikiləşənsə eyni bədən cismində iki fərqli şəxsiyyət, insan deməkdi, metamorfoz kimi vaxtaşırı bir-birinə çönüb, bir-birini əvəz edən. Ona görə bunların əsil simasını ayırd etmək adi gözlə, mütəxəssis olmayan çoxluq üçün mümkünsüz qədər çətin olur.

Bunlar mahiyyətcə də amansız və qəddar, niyyətləri çox təhlükəli, psixoloji pozuntulu olur. Belə tiplərə cəmiyyət içində tək pedofillər deyil, şikarını məharətlə aldadan dələduzlar və yaxud müdirini cildə girib yıxan karyeristlər və sair formalarda da rast gəlmək olur, öz seçdiyi hədəfə doğru təmkinlə, tədbirlə, inadla gedən.

Təcrübəmizdə pedofillərin, xüsusi bacarıqları ilə, hətta istintaqı da dolayıb, fırladıb, çaşdırıb dolaşığa salma halları çox olur. Əvvəlcə, özünü fağır, sakit, məsum göstərib, əməliyyatçılar və istintaqçıları, vicdanlı etirafçı və "üzüyola" kimi işin artıq 100% açılmasına arxayınlaşdırırlar. İşin prosessual səliqəsiz, hətta başdansovduluqla aparılmasına nail olurlar. Sonradan məhkəmədə 180 dərəcə çevrilib, istintaqda qüsurlar tapıb, hər şeyi boynundan atmağa müyəssər olurlar.

Olub, Rusiyada hətta onu izolyatorda dindirən müstəntiq qadına təsir edib, "sevgiylə" aldadıb, hipnoza salıb silahını ala bilib qaçan (və sonra müstəntiq həbs edildi!) pedofilə də rast gəlinib.

Nərminin qatili pedofil hansı yaş dövründə ola bilər? Çox gənc ola bilməz. Cinsi ehtiras həvəs, maraq şüuru 15-16 yaşdakı dövrdə ilişib qalsa da, yaşı - kifayət qədər həyat təcrübəsi, təhsil və bilgilər alan, müəyyən əziyyət və ağrıları da keçirən bərkimiş, tədbirli, hiyləgər və qəddarın birisinə uyğundur. Çünki 10 yaşından irəli inkişaf etmiş ağıl və davranışdakı qıza təsir edib, inam yaradıb, aldadıb aparmaq, şikarını 44 gün öz ehtiraslı istifadəsində gizli saxlamaq və səbr, səliqə, tədbir, ardıcıllıqla onu işgəncə ilə öldürmək, tezalışan sintetik materiala büküb müvafiq qaranlıq, kimsəsiz vaxt, şəraitli yer seçmək, meyiti gətirib izi itirmək düşüncəli rahat yandırmaq böyük yaş və təcrübə tələb edir.

Bu bir.

İkincisi, azyaşlı qızcığazı oğurlama, onu vəhşi cinsi ehtirasla 44 gün ağır, bağlı şəraitdə qidasız, natəmiz saxlama amansızlığı və axırda da halsız, qurumuş uşağı əvvəl bir neçə zərbə ilə küt, sərt alətlə başını vurub dağıtma, sonra isə onu yandırma qəddarlığı da xeyli yaş tələb edir o qatildən. Bunları bir gənc edə bilməzdi!

Nərminin qatili pedofil hansı bölgədə yaşayar?

Elə həmin bölgədə. Bu şəxs xeyli müddət qızı (fikrimcə, son bir ildə qız sanki öz yaş dövrünə uyğun və 15-16 yaşlı yeniyetmələrin diqqətini çəkmə tərzində olanda) öz patoloji ehtiras şüuru, diqqətində saxlayıb. Ara-sıra və bəlkə də hiss etdirmədən, özünün qəsdən yaratdığı "təsadüfdən" qıza "rast" gəlib və salamlaşıb, bəlkə də qısa danışdırıb. Qız da onu uşaqlıqdan tanıyıb öz həmyerlisi kimi.

İkincisi, qatil həmin bölgədən olmayaraq uşağı oğurlayıb uzaqda saxlasaydı, onu nədən uzaq yerdəcə atmayıb, basdırmayıb, gətirib həmin o məhəllədə meyitini yandırıb atsın? Və bir də ki, uzaq bölgədən olan və yerli şəraiti yaxşı halda tanımayan şəxs, hansı bilgi və arxayınlıqla zibil, ya artıq əşyalar atılan sahəni tanısın, özü ilə neft gətirib meyiti rahat yandırsın? Ya uzaqdan necə meyiti sürüyüb gətirsin, əgər ki, maşını ilə gətiribsə belə tədbirli adam bilmirmi özgə maşını kənd yerində gözə çarpar və belə bir imkan, maşını olubsa, meyiti gözdən uzağa, dərə-təpəyə niyə aparıb itirməsin? Burada bir məsələ də ortaya çıxır ki, yerli qatilin də elə bir imkanı olmayıb ki, meyiti uzaqda itirsin. Olsa, meyiti gətirib ora atmaz, istintaqa faktlar verməzdi.

Nərmin faciəsi barədə ixtisaslı fikirlərim hələlik bu qədər. Gedişata baxıb əlavə fikir bildirərik.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

G7 ölkələri də Rusiyanı bu üsulla "VURA BİLƏRLƏR"
COP:Bakıdan əvvəl və sonra — VİDEO
Nəfəsdən ağciyər xərçəngi aşkarlanacaq

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı