Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69665
az

Yetimə rəhm edənin və zəiflərə yardım edənin yeri behiştdir

23:1120 May, 2022
146
CƏMİYYƏT
  • A

Behiştə daxil olmağın yolları çoxdur. Lakin ən çox tövsiyə edilən yollar bunlardır:
Yetimə rəhm etmək.
İmam Sadiq (ə) buyurur: "O kəs ki, istəyər Allah onu rəhmətinə daxil etsin, behiştdə ona yer versin - gərək əxlaqını gözəl etsin. Hamıya qarşı insaflı olsun, yetimə sevgi bəsləsin, zəifə yardım etsin, onu yaradan Allah üçün təvazökarlıq etsin".
Həzrət Peyğəmbər (s) buyurur: "İsa ibni Məryəm (ə) bir qəbrin yanından keçir ki, sahibi əzab görürdü. Sonrakı il yenə də həmin qəbrin yanından keçir, sahibini əzabda görmür. Allah Təalay müraciətlə deyir: "Birinci il buradan keçəndə sahibi əzabda idi. Lakin sonrakı il əzabda deyildi". Allah ona vəhy etdi: "Ey Ruhullah! Onun layiqli bir övladı həddi-büluğa çatmışdır ki, küçələri islah edib yetimlərə pənah vermişdir. Övladının bu əməlinə görə onu bağışladım".
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, yetimi öhdəsinə götürər və xərcini də özü çəkər, (Həzrət iki orta barmağını birləşdirib buyurdu): Mən və o, bu ikisi kimi behiştdə olarıq".
Əmirəl-möminin (ə) buyurur: "Elə bir mömin qadın və ya kişi yoxdur ki, nəvaziş əlini yetimin başına çəkər, məgər o halda ki, Allah əlinin dəydiyi hər tükə görə ona həsənə yazar".
Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, yetim ağlayar, ərş ona xatir titrəyər. Allah Təala buyurur: "Kim Mənim bu bəndəmi ki, kiçik yaşlarından ata və anasını ondan almışam, ağladıbdır? İzzət və Cəlalıma and olsun ki, bir nəfər onu sakit etməz, məgər o halda ki, behişti ona vacib edərəm"".
Əmirəl-möminin (ə) buyurur: "Başqalarının qalmış övladlarına yaxşılıq edin ki, sizin qalan övladlarınıza yaxşılıq edilsin".
İmam Rza (ə) buyurur: "Hər kim yetimin malından zülm və nahaq yerə bir dirhəm yeyərsə, Allah onu atəşdə cavidan qoyar".
Zəiflərə yardım etmək.
Həzrət Peyğəmbər (s) buyurur: "Agah olun o kəs ki, möminin dünya qəmini və giriftarlığını aradan qaldırar, Allah 72 axirət giriftarlığını və 72 dünya giriftarlığını aradan qaldırar".
İmam Sadiq (ə) buyurur: "Dörd nəfər vardır ki, Allah Təala Qiyamət günü onlara rəhmət nəzəri salır: O kəs ki, peşman olana güzəşt edər, o kəs ki, qəmginə yardım edər, insanı qul olmaqdan azad edər, subayın evlənmək vasitələrini hazır edər".
İmam Əli (ə) buyurur: "Böyük günahın kəffarəsi - qəmginə yardım etmək və giriftarlıqlarını aradan qaldırmaqdır".
İmam Sadiq (ə) buyurur: "Hər kim möminin bir giriftarlığını aradan qaldırarsa, Allah da onun axirət giriftarlığını aradan qaldırar. Qəbrindən rahat ürəklə axirətə daxil olar. O kəs ki, möminə yemək verər, Allah ona behişt meyvələrindən yedizdirər".
Allah Təala bizləri behişt əhlindən qərar versin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

G7 ölkələri də Rusiyanı bu üsulla "VURA BİLƏRLƏR"
COP:Bakıdan əvvəl və sonra — VİDEO
Nəfəsdən ağciyər xərçəngi aşkarlanacaq

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı