Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69636
az

SON DƏQİQƏ! Baş nazir  qərar imzaladı: ödənişlərin məbləği artırılıb - SİYAHI

12:4520 May, 2022
1364
CƏMİYYƏT
  • A

Nazirlər Kabineti 27 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri”ndə dəyişiklik edib.

Oxu24.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq 4 ay müddətində möhlət verilməsi, iddia sənədinə aid olan materialların təqdim edilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 ay müddətinə uzadılması və iddia sənədinin ekspertizasına başlanıldığı tarixdən 1 ay müddət keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi üçün xidmət haqqı 30 manatdan 45 manata, göstəricinin reyestr məlumatlarından çıxarışın verilməsi üçün xidmət haqqı 10 manatdan 15 manata, qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün xidmət haqqı 60 manatdan 90 manata, lisenziya müqavilələrinin qeydə alınmasında əmtəə nişanı üçün xidmət haqqı 80 manatdan 120 manata, bir neçə əmtəə nişanı üçün xidmət haqqı 50 manatdan 75 manata, əmtəə nişanına dair hüquqların verilməsi barədə və qeydə alınmış lisenziya müqavilələrində dəyişikliklərin aparılması üçün xidmət haqqı 11 manatdan 17 manata, qeydiyyatın qüvvədəolma müddəti qurtardıqdan sonra onun müddətinin uzadılmasında əmtəə nişanı üçün xidmət haqqı 95 manatdan 143 manata, coğrafi göstərici üçün xidmət haqqı 45 manatdan 68 manata, kollektiv nişan üçün xidmət haqqı 145 manatdan 218 manata, qeydiyyatın qüvvədəolma müddəti keçdikdən sonra müddətin uzadılması üçün verilən 6 ay müddətinə görə, əmtəə nişanı, coğrafi göstərici və kollektiv nişan üçün xidmət haqqı 5 manatdan 8 manata, iddia sənədinin ilkin ekspertizası və iddia sənədinin beynəlxalq sistem vasitəsilə qeydiyyatı üçün qəbulu, hazırlanması və göndərilməsi üçün xidmət haqqı 40 manatdan 60 manata, iddia sənədinin ekspertizası üçün xidmət haqqı 135 manatdan 203 manata, əmtəə nişanına dair ilkinliyin istənilməsi üçün xidmət haqqı 15 manatdan 23 manata, iddia sənədinin ekspertizası üçün tələb olunan əlavə sənədin verilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 ay müddətinə uzadılması üçün xidmət haqqı 25 manatdan 38 manata qaldırılıb.

Bundan başqa, Əmtəə və ya xidmətin birdən artıq hər sinfi üçün iddia sənədinin ekspertizası üzrə haqq üzrə əlavə ödəniş 40 manatdan 60 manata, iddiaçının vəsatəti əsasında iddia sənədinin ekspertizasının 1ay müddətində aparılması üçün haqq üzrə əlaqə ödəniş 120 manata 160 manata çatdırılıb, ixtiranın, faydalı modelin və sənaye nümunəsinin reyestr məlumatlarından çıxarışın verilməsi üçün 15 manat xidmət haqqı müəyyən edilib.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

G7 ölkələri də Rusiyanı bu üsulla "VURA BİLƏRLƏR"
COP:Bakıdan əvvəl və sonra — VİDEO
2,5 milyon Polşa sakini yoxsulluq içində yaşayır

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı