Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda icra məmuru qadın vəkili döyüb - FOTO

Bakıda icra məmuru qadın vəkili döyüb - FOTO

CƏMİYYƏT

554

19.05.2022, 01:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda qadın vəkil icra məmuru tərəfindən döyülüb.

OXU24.COM xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkilin yaxınları məlumat verib.

Bildirilib ki,Vəkillər Kollegiyasının üzvü Hüseynbəyli Ülkər Hüseyn qızı Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin məsələ ilə bağlı polisə müraciət daxil olub: "Tərəflər arasında mübahisə şəxsi zəmində baş verib. Müraciətlə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır".