Paytaxtın bu ərazilərində işıq olmayacaq - Xəbərdarlıq
29 Oktyabr 2026, 08:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
566
19.05.2022, 01:05
Hər birimizin əksəriyyətin bilməyini istəmədiyimiz gizli tərəflərimiz və sirrlərimiz var. Lakin ikinci bir şəxslə sirrlərini paylaşmayan insanlar da nadirdir. Çünki nəyisə hər kəsdən sirr olaraq saxlamaq o qədər də asan məsələ deyil. Buna görə də, sirr verdiyimiz insanları da diqqətlə seçməliyik.
Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, "Sirrimizi kiminlə bölüşək?" sualına bu yazıda cavab tapa bilərsiniz:
Qoç
Qoç sirr saxlamaqda ən çox əziyyət çəkən bürclərdən biridir. Duyğuları ilə hərəkət edirlər. Bəlkə də buna görə Qoç bürcünün sirr saxlamaqda çox uğurlu olduğunu söyləmək olmaz.
Buğa
Buğa bürcləri dostluqlarına yüksək dəyər verirlər. Dostlarına güvəndikləri kimi, güvən də verirlər. Onlar sirr saxlamaqda da çox müvəffəq olurlar.
Əkizlər
Söhbət etməyi sevən hava qrupunun dəyişkən nümayəndələri, zərərli olmasa belə, sirlərinizi paylaşa bilər. Əkizlər bürcü ilə sirr paylaşmazdan əvvəl diqqətlə düşünməlisiniz.
Xərçəng
Su ünsürünün nümayəndələri dostlarını özlərindən daha çox sevdiklərini düşünürlər. Əmanətlərinə zərər vermək istəmədikləri üçün onlara qayğı göstərirlər. Nə qədər ki, Xərçənglərlə problem yaşamamısınız, sirlərinizin güvəndə olduğuna əmin olun.
Şir
Şir bürcü özünün müsbət xüsusiyyətləri ilə önə çıxmağa çalışırlar. Onlar sirr saxlamaqda da çox müvəffəq olurlar. Dostluqda sədaqətli olan şirlər sirrləri sona qədər gizli saxlaya bilirlər.
Qız
Qız bürcü sirr saxlamaqda etibar edə biləcəyiniz bürclərdən biridir . Bu bürcün nümayəndələri onlara güvənən və sirr verənləri yarı yolda qoymur.
Tərəzi
Tarazlığı təmsil edən tərəzilər sirr saxlamaqda müvəffəqiyyətli deyil. Ola bilsin ki, onlar pis niyyətli deyillər, amma bu, sirr saxlaya bilməyəcəkləri həqiqətini dəyişmir.
Əqrəb
Sirrlərə gəldikdə hansı bürclərə etibar edə bilərik deyə soruşsanız, cavab Əqrəbdir. Paylaşdığınız şey heç vaxt onlardan kənara çıxmır. Əqrəblər üçün güvən vacibdir.
Oxatan
Təəssüf ki, Əqrəb üçün dediklərimizi Oxatan üçün deyə bilmərik. Dediyiniz sirləri özlərinə görə qiymətləndirən Oxatan bürcü, əksər hallarda verilən məlumatın qarşı tərəf üçün önəmli olduğunun fərqində belə olmurlar.
Oğlaq
Sirrinizi saxlamaq üçün oğlaqlara müraciət edə bilərsiniz. Həmişə verdikləri vədlərə əməl edirlər və heç kimi heç vaxt ruhdan salmırlar. Oğlaq bürcü ilə sirləri bölüşərkən rahat ola bilərsiniz.
Dolça
Dolça bürcləri haqqında dəqiq nəsə demək mümkün deyil. Bəzi sirrləri çox yaxşı saxlasalar belə, vacib hesab etmədikləri məlumatları başqaları ilə paylaşa bilirlər.
Balıqlar
Balıqlar dostluqlarına böyük əhəmiyyət verir. Etibarınızı və səmimiyyətinizi qazanmaq üçün sirrinizin müqabilində sizə öz sirlərini danışacaqlar. Onların sirrlərinizi saxlayacaqlarına əmin ola bilərsiniz.
07:33 / 29 Oktyabr 2026
96
07:32 / 29 Oktyabr 2026
94
01:47 / 29 Oktyabr 2026
844
01:20 / 29 Oktyabr 2026
796
01:13 / 29 Oktyabr 2026
308
00:04 / 29 Oktyabr 2026
570
23:58 / 28 Oktyabr 2026
133
23:54 / 28 Oktyabr 2026
22882
23:53 / 28 Oktyabr 2026
887
23:46 / 28 Oktyabr 2026
158
23:33 / 28 Oktyabr 2026
311
23:20 / 28 Oktyabr 2026
190
23:19 / 28 Oktyabr 2026
684
23:14 / 28 Oktyabr 2026
110
23:10 / 28 Oktyabr 2026
153
22:50 / 28 Oktyabr 2026
1459
22:45 / 28 Oktyabr 2026
113
22:37 / 28 Oktyabr 2026
107
22:33 / 28 Oktyabr 2026
105
22:29 / 28 Oktyabr 2026
475
20:59 / 28 Oktyabr 2026
104
20:36 / 28 Oktyabr 2026
137
20:29 / 28 Oktyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.