Şagirdin anası da faciəli şəkildə ölübmüş
29 Oktyabr 2026, 09:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
549
18.05.2022, 22:18
İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil körpülərini 1 ilə tikib istifadəyə vermək haqqında razılığa gəlinib.
Şahin Mustafayev qeyd edib ki, dəmir yolu sahəsində də İşçi qrupu təşkil edilib və artıq texniki detalların müzakirələrinə başlayıblar: "Eyni zamanda, elektrik xətlərinin tikintisi üçün də müzakirələr aparılır. Bu layihələr İran və Azərbaycan üçün böyük faydalar gətirəcək, faydalı tranzit bağlantıları olacaq və xalqlarımız bundan faydalanacaq”.
Şahin Mustafayev vurğulayıb ki, İran və Azərbaycan arasında əməkdaşlıq genişdir: "Əməkdaşlıq nəqliyyat, tranzit, enerji, neft, qaz və investisiya sahələrini əhatə edir. Bu sırada nəqliyyat və tranzit sahələri ən prioritet sahələrdən biridir. Bizim bu sahədə çox uğurlu əməkdaşlığımız var. Təkcə onu qeyd edim ki, avtomobil daşımalarının həcmi 2021-ci ilin ilk 3 ayında keçən ilin həmin dövrü ilə müqayisədə 70 faiz artıb. Bu sahədə çox böyük potensial görürük və bir sıra layihələri müzakirə etdik”.
Baş nazirin müavini Astaraçay üzərində avtomobil körpüsünün tikinti layihəsinin 6 ay ərzində başa çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib: "Astarada dəmir yol yük terminalının bu ilin sonunadək başa çatdırmaq niyyətindəyik. Düşünürük ki, bu iki layihə də Şimal-Cənub dəhlizinin ən vacib komponentlərindən biri olaraq bu dəhlizin gücünü artıracaq”.
İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi isə inşa olunacaq körpüləri qardaşlıq körpüsü adlandırıb.
O qeyd edib ki, böyük avtomobil yolu, dəmir yolu bağlantısı və enerji xətlərinin bağlantısının bir il ərzində başa çatdırılması haqqında razılıq əldə olunub. Bunun üçün artıq işçi qruplar təşkil olunub, sabahdan araşdırmalarını davam etdirəcək və bir ilə həmin körpülərin tikintisi başa çatdırılacaq.
Xatırladaq ki, Bakı və Tehran arasında "İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimi martın 11-də Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasının yekununda baş tutub.
Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulub.
08:50 / 29 Oktyabr 2026
14
08:45 / 29 Oktyabr 2026
10
08:30 / 29 Oktyabr 2026
22
07:33 / 29 Oktyabr 2026
177
07:32 / 29 Oktyabr 2026
172
01:47 / 29 Oktyabr 2026
1024
01:20 / 29 Oktyabr 2026
915
01:13 / 29 Oktyabr 2026
331
00:04 / 29 Oktyabr 2026
618
23:58 / 28 Oktyabr 2026
140
23:54 / 28 Oktyabr 2026
23187
23:53 / 28 Oktyabr 2026
1117
23:46 / 28 Oktyabr 2026
169
23:33 / 28 Oktyabr 2026
329
23:20 / 28 Oktyabr 2026
191
23:19 / 28 Oktyabr 2026
713
23:14 / 28 Oktyabr 2026
110
23:10 / 28 Oktyabr 2026
154
22:50 / 28 Oktyabr 2026
1511
22:45 / 28 Oktyabr 2026
115
22:37 / 28 Oktyabr 2026
107
22:33 / 28 Oktyabr 2026
106
22:29 / 28 Oktyabr 2026
480
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.