Şagirdin anası da faciəli şəkildə ölübmüş
29 Oktyabr 2026, 09:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
441
18.05.2022, 21:52
Biz bu gün Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti də müzakirə etdik. Mən bir daha Azərbaycanın mövqeyini ifadə etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var.
OXU24.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında bildirib.
"Biz, həmçinin Gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Postmünaqişə vəziyyətinə gəldikdə, bizdə müəyyən nikbinlik var. O fakta əsaslanaraq ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycanın açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq.
09:27 / 29 Oktyabr 2026
12
09:26 / 29 Oktyabr 2026
1
09:16 / 29 Oktyabr 2026
14
08:50 / 29 Oktyabr 2026
64
08:45 / 29 Oktyabr 2026
63
08:30 / 29 Oktyabr 2026
114
07:33 / 29 Oktyabr 2026
199
07:32 / 29 Oktyabr 2026
220
01:47 / 29 Oktyabr 2026
1152
01:20 / 29 Oktyabr 2026
981
01:13 / 29 Oktyabr 2026
343
00:04 / 29 Oktyabr 2026
643
23:58 / 28 Oktyabr 2026
142
23:54 / 28 Oktyabr 2026
23403
23:53 / 28 Oktyabr 2026
1293
23:46 / 28 Oktyabr 2026
173
23:33 / 28 Oktyabr 2026
341
23:20 / 28 Oktyabr 2026
193
23:19 / 28 Oktyabr 2026
745
23:14 / 28 Oktyabr 2026
112
23:10 / 28 Oktyabr 2026
159
22:50 / 28 Oktyabr 2026
1543
22:45 / 28 Oktyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.