Şagirdin anası da faciəli şəkildə ölübmüş
29 Oktyabr 2026, 09:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
622
18.05.2022, 20:20
Dövlət qurumlarında çalışan və yaşı 65-dən yuxarı olan şəxslər güzəşt olunmadan təqaüdə göndərilir. Belə ki, bir çox qurumlar dövlət qulluğuna qəbul olmaq istəyən gənclərə şərait yaradılması, vakansiyaların artırılması məqsədilə pensiya yaşına çatmış kadrlarla yollarını ayırır.
Bundan əvvəl isə təcrübəli kadrların işə davam etməsi üçün onlara əlavə bir neçə il güzəşt edilirdi. Hazırda bu tendensiya nisbətən aradan qaldırılır, nəticədə gənclərə yeni iş imkanları yaradılır.
OXU24.COM bildirir ki, bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov prosesin əslində çoxdan başlandığını söyləyib. Deputat bildirib ki, 65 yaşdan yuxarı işçilər artıq tədricən qurumlardan uzaqlaşdırılır:
"Amma mən bəzi məqamlarda bu prosesin o qədər də tərəfdarı deyiləm. Çünki bəzi sahələrdə təcrübəli insanları yaşı çox olsa da saxlamaq lazımdır. Yeni gələn cavanların təcrübəsi yoxdur, müəyyən səhvlərə yol verə bilərlər. Amma yanında təcrübəli şəxslərlə çalışsalar, nisbətən daha asan və məhsuldar iş ortaya qoymaq olar. Yaşlıların təqaüdə göndərilməsinə təəccübələnməmək lazımdır. Cavanlaşma prosesinə çoxdan start verilib. Müəyyən qurumlara cavan rəhbərlər, nazirlər də gətirilib".
Vahid Əhmədov qeyd edib ki, "Dövlət qulluğu haqqında" qanun qəbul ediləndə ona səs verib, amma prosesdə çatışmazlıqlar da var:
"Qanunun qəbulu vacib məsələlərdən biri idi. Digər tərəfdən bu qanunla biz qurumun rəhbərinin səlahiyyətlərini məhdudlaşdırırıq. Qurumun rəhbəri istədiyi təcrübəli adamı işə götürə bilmir. Həmin şəxs mütləq dövlət qulluğundan keçməlidir. Elə adamlar var, dövlət qulluğundan keçə bilməsə də bunu bacarandan daha yaxşı işləyir. Düşünürəm, problem tədricən həllini tapacaq".
09:27 / 29 Oktyabr 2026
12
09:26 / 29 Oktyabr 2026
1
09:16 / 29 Oktyabr 2026
14
08:50 / 29 Oktyabr 2026
64
08:45 / 29 Oktyabr 2026
63
08:30 / 29 Oktyabr 2026
114
07:33 / 29 Oktyabr 2026
199
07:32 / 29 Oktyabr 2026
220
01:47 / 29 Oktyabr 2026
1152
01:20 / 29 Oktyabr 2026
981
01:13 / 29 Oktyabr 2026
343
00:04 / 29 Oktyabr 2026
643
23:58 / 28 Oktyabr 2026
142
23:54 / 28 Oktyabr 2026
23403
23:53 / 28 Oktyabr 2026
1293
23:46 / 28 Oktyabr 2026
173
23:33 / 28 Oktyabr 2026
341
23:20 / 28 Oktyabr 2026
193
23:19 / 28 Oktyabr 2026
745
23:14 / 28 Oktyabr 2026
112
23:10 / 28 Oktyabr 2026
159
22:50 / 28 Oktyabr 2026
1543
22:45 / 28 Oktyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.