Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69579
az

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

15:2818 May, 2022
193
CƏMİYYƏT
  • A

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər.

OXU24.COM "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi kompüterlər üçün messencerin beta versiyasının istifadəçiləri qrup çatlarını səssizcə tərk etmək imkanına malikdirlər.

Belə ki, istifadəçinin söhbəti tərk etməsi barədə bildirişi yalnız administratorlar alır. Digər qrup üzvləri artıq bu barədə bildirişləri görə bilmirlər.

Hələlik bu funksiya yalnız kompüterlər üçün messencerin beta versiyasında mövcuddur. Lakin gələcəkdə o, Android və iOS cihazları üçün də tətbiq olunacaq. Qrup söhbətlərindən məxfi çıxış xidmətinin bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı barədə məlumat verilmir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gündən tibbi arayışlar elektron formada veriləcək
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Avropa çempionumuzdan İLK AÇIQLAMA: