Leyla Əliyeva mühüm sazişə İMZA ATDI
29 Oktyabr 2026, 09:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
432
17.05.2022, 18:53
Azərbaycanda məşhur mağaza satıcıya xarab məhsul satıb, özünü isə məhkəməyə verib. Bu barədə Sonxeber.az-a müraciət edən və "Optimal" mağazalar şəbəkəsi tərəfindən aldadılan Çinarə Əliyeva söyləyib.
O, qeyd edib ki, 2018-ci ildə "Optimal" mağazalar şəbəkəsində qiyməti 1500 manat olan "Samsung" markalı televizor alıb:
"Həmin gün "Optimal" mağazalar şəbəkəsindən nəğd və kreditlə cehizlik üçün digər ev əşyaları da aldıq. Televizoru evə gətirən zaman üzərində çatların olduğunu gördük. Televizorda çatların olması ilə bağlı mağazaya müraciət etdik. Mağaza tərəfindən televizor düzəldilməsi üçün sevisə göndərildi. Lakin dəfələrlə yazmağımıza və zəng etməyimizə baxmayaraq, televizoru mənə geri qaytarmadılar. Məhz buna görə kreditin geridə qalan 1400 manatını ödəmədim. Axı xarab və mənə geri qaytarılmayan televizor üçün niyə pul ödəyim?
4 il bir aydan sonra "Optimal" mağazalar şəbəkəsi tərəfindən məhkəməyə verildiyimi öyrəndim. Hazırda mən Azərbaycanda yaşamıram. Məhz buna görə də ailəmə zəng edib, narahat edirlər. Mən bu məsələ ilə bağlı sosial şəbəkədə paylaşım etdim, lakin xahiş etdilər ki, yazdıqlarımı silim və problemi iki günə həll edəcəklərini dedilər. Problemi nəinki həll etmədilər, hətta məni haqsız olaraq məhkəməyə verdilər.
Anlamıram, xarab satılan və müştəriyə geri qaytarılmayan məhsul üçün onlar necə məhkəməyə müraciət edə bilərlər?! Hazırda yaşadığım ölkədə müştəri məmnuniyyətini gödükcə anlayıram ki, "Optimal" mağazalar şəbəkəsi kimi bu şirkətlərdən insanlar çox əziyyət çəkəcəklər. Müştəriyə qarşı bu cür hörmətsizlik heç bir yerdə yoxdur! Mən bu məsələnin sonuna qədər gedəcəyəm və sizə də məsləhət görərdim ki, bu mağazadan heç nə almayasınız. Çünki onların müştərilərə qarşı heç bir hörməti yoxdur.
Hazırda özüm Londonda yaşadığım üçün bu işlə qardaşım məşğul olur. Birinci məhkəmə bizdən heç bir səbəb soruşmadan qərar çıxardığı üçün Apellyasiya Məhkəməsinə müraciət etmişik. Əminəm ki, Apellyasiya Məhkəməsi ədalətli qərar çıxararaq, müştəri kimi, mənim hüquqlarımı bərpa edəcək".
Qeyd edək ki, Çinarə Əliyeva bizə etdiyi şikayətlə bağlı sosial şəbəkədə paylaşım edən zaman Əsmər Mehdizadə adlı daha bir müştəri "Optimal" mağazalar şəbəkəsi tərəfindən aldadıldığını və onlara da xarab televizorun satıldığını söyləyib.
Əsmər Mehdizadənin rəyini təqdim edirik:
""Optimal" mağazalar şəbəkəsindən aldığımız "BOSCH" markalı soyuducunu, sobanı yoxlayıb verdilər. Hətta quraşdıran zamanı ikinci dəfə yoxladılar. Lakin aldığımız "LG" markalı televizoru yarımçıq qutusundan çıxarıb bizə göstərib, saniyələr sonra yox oldular. Televizoru açanda şok yaşadıq. Qeyd edim ki, həmin an evdə yaşamırdıq. Televizoru anam təhvil götürmüşdü. Biz mağazaya televizorun xarab olduğunu söyləyən zaman aldığımız modeldən olmadığı üçün yaxın durmaq istəmirdilər. Şikayətdən sonra televizoru geri götürdülər, amma təmir pulunu ödədik. 900 manat əlavə xərclə yenisini almalı olduq. Xahiş-minnətlə də şikayət qrupuna yazdıqlarımı sildirdilər".
Əsmər Mehdizadədən başqa şəxslər də "Optimal" mağazalar şəbəkəsindən aldıqları məhsulun xarab çıxdığını və ödənişsiz olduğu halda təmiri pulla etdiklərini bildiriblər.
10:05 / 29 Oktyabr 2026
1
09:59 / 29 Oktyabr 2026
19
09:58 / 29 Oktyabr 2026
31
09:55 / 29 Oktyabr 2026
31
09:55 / 29 Oktyabr 2026
28
09:41 / 29 Oktyabr 2026
39
09:27 / 29 Oktyabr 2026
62
09:26 / 29 Oktyabr 2026
39
09:16 / 29 Oktyabr 2026
45
08:50 / 29 Oktyabr 2026
82
08:45 / 29 Oktyabr 2026
84
08:30 / 29 Oktyabr 2026
170
07:33 / 29 Oktyabr 2026
237
07:32 / 29 Oktyabr 2026
274
01:47 / 29 Oktyabr 2026
1266
01:20 / 29 Oktyabr 2026
1035
01:13 / 29 Oktyabr 2026
354
00:04 / 29 Oktyabr 2026
666
23:58 / 28 Oktyabr 2026
148
23:54 / 28 Oktyabr 2026
23627
23:53 / 28 Oktyabr 2026
1479
23:46 / 28 Oktyabr 2026
180
23:33 / 28 Oktyabr 2026
347
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.