Pensiya alanlara ŞAD XƏBƏR
08 Oktyabr 2025, 21:01
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
292
17.05.2022, 15:34
''Qadınlar dikdaban, kip və cins materiallı şalvarlar geyinməməli, şəffaf və parıltılı dodaq boyasından istifadə etməməlidirlər''. Bununla bağlı Mədəniyyət Nazirliyində əmr imzalanıb. Əmrə əsasən nazirliyin tabeliyində olan qurumların qadın və kişi əməkdaşları üçün dress-kod müəyyən edilib. Sənədə əsasən qaydalarda nəzərdə tutulan geyim üslubuna mütləq şəkildə əməl edilməlidir.
Mədəniyyət Nazirliyinin strukturuna daxil olan qurumlarda etik davranış və daxili intizam qaydaları ilə bağlı cari il aprelin 19-da əmr imzalanıb.
Həmçinin oxuyun
Əmrdə əməkdaşların geyim üslübu ilə bağlı bir sıra qadağalar müəyyən edilib. İşlədikləri müəssisələrdə qadınlara dar və cins materiallı şalvar geyinmək, dikdabandan, eləcə də şəffaf və parıltılı dodaq və dırnaq boyasından istifadə etmək qadağan edilir. Nazirliyin tabeliyində olan teatr və konsert müəssisələri, muzeylər, kitabxanalar, təhsil ocaqları və digər belə qurumlarda çalışan qadınlar bu qaydalara mütləq şəkildə əməl etməlidirlər.
OXU24.COM bildirir ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən "XəzərXəbər"ə bildirilib ki, qurumlarda qulluq keçən işçilərin əmək münasibətləri dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. ''Qaydalarda heç bir qadağadan söhbət getmir. İşçilər üçün geyim və üsluba dair tələblər bir çox dövlət orqanlarında, habelə özəl müəssisələrdə də mövcuddur. Hətta bir çox tanınmış yerli və beynəlxalq şirkətlər var ki, öz işçiləri üçün "dress-kod" müəyyən edirlər. Eyni zamanda, Nazirliyin tabeliyində olan teatr və mədəniyyət mərkəzlərində, yaradıcı sahədə çalışan çoxsaylı işçilər üçün geyim və aksessuarların səhnə mədəniyyətinin tərkib hissəsi olduğunu nəzərə alaraq bildiririk ki, həmin işçilərin geyimləri ilə bağlı heç bir tələb və ya tövsiyə nəzərdə tutulmayıb'' - deyə məlumatda vurğulanıb.
22:59 / 08 Oktyabr 2025
216
22:45 / 08 Oktyabr 2025
39
22:25 / 08 Oktyabr 2025
40
22:00 / 08 Oktyabr 2025
30
22:00 / 08 Oktyabr 2025
37
21:37 / 08 Oktyabr 2025
56
21:25 / 08 Oktyabr 2025
57
21:16 / 08 Oktyabr 2025
77
21:10 / 08 Oktyabr 2025
46
21:01 / 08 Oktyabr 2025
1783
20:45 / 08 Oktyabr 2025
48
20:16 / 08 Oktyabr 2025
392
20:15 / 08 Oktyabr 2025
64
19:33 / 08 Oktyabr 2025
61
19:32 / 08 Oktyabr 2025
52
18:20 / 08 Oktyabr 2025
57
18:00 / 08 Oktyabr 2025
63
17:00 / 08 Oktyabr 2025
83
17:00 / 08 Oktyabr 2025
82
16:40 / 08 Oktyabr 2025
86
16:35 / 08 Oktyabr 2025
120
16:32 / 08 Oktyabr 2025
84
16:30 / 08 Oktyabr 2025
77
16:05 / 08 Oktyabr 2025
300
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.