Anar Bayramovdan YENİ TƏYİNAT - Onu nazirliyə gətirdi
29 Oktyabr 2026, 11:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
627
16.05.2022, 21:49
ATV-nın "Bizimləsən" proqramının növbəti buraxılışında Şəhid Cəfərov Araz Səmədağa oğlunun anası, həyat yoldaşı və bacısı iştirak edib.
OXU24.COM xəbər verir ki, həyat yoldaşı Arazdan danışarkən, çox mehriban ailə başçısı olduğunu vurğulayıb:
"Böyüklə böyük, kiçiklə kiçik idi. Hər zaman ailə işlərində mənə yardım edib. Birlikdə yeməklər hazırlayırdıq. Döyüşdə olduğu müddətdə getdikcə söhbətlərimiz azalırdı".
Şəhidimizin anası isə, oğlu döyüşə gedən zaman yalnız bir tapşırıq verdiyini bildirib:
"Hərbiyə işləməyi özü istəyib. Hərbi paltarını elə sevirdi ki, onunla yatırdı. Bir gün dedi ki, ana, bizə gəl, mən cəbhəyə gedəcəm. Dedi ki, ev, uşaqlar sənə əmanət gedirəm mən. Hər gün telefonla danışırdıq. Bir gün çox narahat oldum. Dedim ki, Allah, Araz sağ da gəlsə, şəhid də gəlsə ona qurban kəsəcəm. Axşam yuxuda gördüm ki, məni çağırır. Gördüm ki, ağaca başını qoyub yatıb. Necə şəhid olubsa o formada da gördüm. Dedim ki, Araz burda niyə yatmısan, döyüşməyə gəlmisən sən. Evdən çıxanda nə söz vermişdin? Evdən çıxanda ona demişdim ki, əsir düşmə. Əsir düşsən özünü vur. Dedi ki, ana yorulmuşam, yuxum gəlir. Dedi ki, ana mənə lay-lay çal. Sən demə həmin gün şəhid olub".
Qeyd edək ki, Laçının, Qubadlının, Zəngilanın azadlığı uğrunda və Vətən uğrunda medalı ilə təltif olunan şəhid Cəfərov Araz, Vətən müharibəsi zamanı noyabrın 4-ü Laçında yaralı döyüş yoldaşını xilas edərkən şəhid olub.
11:27 / 29 Oktyabr 2026
19
11:25 / 29 Oktyabr 2026
14
10:47 / 29 Oktyabr 2026
104
10:44 / 29 Oktyabr 2026
59
10:33 / 29 Oktyabr 2026
115
10:17 / 29 Oktyabr 2026
69
10:05 / 29 Oktyabr 2026
70
09:59 / 29 Oktyabr 2026
62
09:58 / 29 Oktyabr 2026
189
09:55 / 29 Oktyabr 2026
153
09:55 / 29 Oktyabr 2026
89
09:41 / 29 Oktyabr 2026
75
09:27 / 29 Oktyabr 2026
102
09:26 / 29 Oktyabr 2026
84
09:16 / 29 Oktyabr 2026
78
08:50 / 29 Oktyabr 2026
95
08:45 / 29 Oktyabr 2026
104
08:30 / 29 Oktyabr 2026
242
07:33 / 29 Oktyabr 2026
266
07:32 / 29 Oktyabr 2026
304
01:47 / 29 Oktyabr 2026
1551
01:20 / 29 Oktyabr 2026
1115
01:13 / 29 Oktyabr 2026
383
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.