Kamran Əliyev: Rusiya prokurorluğu ilə əməkdaşlığı gücləndirəcəyik
29 Oktyabr 2026, 11:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
548
16.05.2022, 18:09
Son bir ayda xalis qızılın qiymətində 9,6 faizdən çox enmə qeydə alınıb. Bir ay əvvəl qramının qiyməti 64 dollar olan qızılın dəyəri hazırda 57,8 dollardır.
OXU24.COM bildirir ki, qızılın ucuzlaşmasına dolların bahalaşması güclü təsir edib. Bu ilin əvvəlindən dolların kursunda yüksəliş baş verir və ötən müddətdə dollar 10 faizdən çox bahalaşıb. Dolların bahalaşması dəyəri onunla müəyyənləşən qızılın ucuzlaşmasına təsir göstərib.
Əgər dollarda bahalaşma davam edərsə, qızıl bir qədər də dəyər itirəcək.
Lakin qızılın dəyərinə sadəcə dolların məzənnəsi təsir etmir. Onun qiymətini həm də qızıla olan tələb müəyyənləşdirir. Adətən iqtisadi riskilər artdıqda və ya böyük regional müharibələr baş verdikdə qızıla tələb artır. Çünki bu vəziyyətlərdə investorlar qızılı ən təhlükəsiz, azriskli sərmayə aləti kimi görür.
Buna görə də qızılın dəyəri Rusiya-Ukrayna müharibəsinin gedişatından, NATO-Rusiya qarşıdurmasından, eyni zamanda yüksək qiymət artımları ilə əlaqədar proqnozlaşdırılan qlobal iqtisadi böhran ehtimalından asılı olacaq. Əgər hərbi-siyasi gərginlik bir qədər də artarsa, eyni zamanda dünyanın böyük iqtisadiyyata sahib ölkələrində yüksək inflyasiya səbəbindən böhran yaranarsa, o halda, qızıl bahalaşacaq.
Amma digər halları və dolların baha olmasını nəzərə alaraq proqnozlaşdıra bilərik ki, qızılın dəyərində yüksəliş gözlənilmir.
Qeyd edək ki, qızılın ucuzlaşması Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) aktivlərinə mənfi təsir edir. ARDNF-in 101,8 ton xalis qızılı var və bu qiymətli metalın ucuzlaşması onun qızılda olan aktivlərinin dəyərini azaldır.
2022-ci ilin aprelin 1-də ARDNF-in qızılda olan aktivlərinin dəyəri 6,292 milyard dollar idi və cəmi aktivlərin 13,9 faizini təşkil edirdi. Aprelin 1-dən indiyə qədər qızıl 7,4 faiz ucuzlaşıb. Deməli, ARDNF-in qızılla olan aktivlərinin dəyəri də bu qədər azalıb.
12:17 / 29 Oktyabr 2026
16
12:14 / 29 Oktyabr 2026
19
12:02 / 29 Oktyabr 2026
76
12:01 / 29 Oktyabr 2026
44
11:56 / 29 Oktyabr 2026
42
11:43 / 29 Oktyabr 2026
53
11:37 / 29 Oktyabr 2026
77
11:27 / 29 Oktyabr 2026
475
11:25 / 29 Oktyabr 2026
352
11:02 / 29 Oktyabr 2026
45
10:47 / 29 Oktyabr 2026
198
10:44 / 29 Oktyabr 2026
113
10:33 / 29 Oktyabr 2026
175
10:17 / 29 Oktyabr 2026
91
10:05 / 29 Oktyabr 2026
85
09:59 / 29 Oktyabr 2026
74
09:58 / 29 Oktyabr 2026
212
09:55 / 29 Oktyabr 2026
193
09:55 / 29 Oktyabr 2026
110
09:41 / 29 Oktyabr 2026
95
09:27 / 29 Oktyabr 2026
115
09:26 / 29 Oktyabr 2026
101
09:16 / 29 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.