Kamran Əliyev: Rusiya prokurorluğu ilə əməkdaşlığı gücləndirəcəyik
29 Oktyabr 2026, 11:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
345
16.05.2022, 13:43
"Avroviziya-2022" mahnı müsabiqəsinin final mərhələsi zamanı baş verənlər və ondan sonra verilmiş qərarlar Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətində təəssüflə qarşılanıb.
Bu barədə OXU24.COM-a İctimai Televiziya və Radio Yayımları Şirkətindən bildirilib.
"Bəyan edirik ki, biz müsabiqə təşkilatçılarına azərbaycanlı münsiflərin səs verdiyi ölkələrin adlarını göndərmişdik. Həmin siyahıya əsasən, 12 bal Ukraynaya verilmişdi. Yarışma təşkilatçıları buna cavab olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndələrindən final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Biz bu istəyi qətiyyətlə rədd etmişik. Dərhal təşkilatçılara sorğu xarakterli rəsmi məktub göndərilib və canlı yayımda onlardan alınan nəticələrin deyil, bizim jürinin səslərini açıqlayacağımızı, bu məsələni isə ictimailəşdirəcəyimizi bildirmişik. Yalnız bundan sonra bizə cümə axşamı keçirilən yarımfinal mərhələsi zamanı 6 ölkənin, o cümlədən Azərbaycanın səsləri ilə bağlı müəyyən "qəribəliyin" olduğu barədə məlumat verildi. Qeyd edək ki, bu "qəribəlik"lə bağlı bizə cümə axşamından şənbə günü finalın sonuna qədər heç bir məlumat verilməyib, hansısa "sübutlar" indiyə qədər təqdim olunmayıb.
Yayım zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi Azərbaycanda münsiflərin səsverməsinin nəticələrini elan etməyə tam hazır olmasına baxmayaraq, yarış təşkilatçıları Bakıya bağlanmayıb, bizim adımızdan öz nəticələrini elan ediblər. Bu prosesin Bakıdan aparılmaması isə texniki problemlərlə əlaqələndirilib.
Halbuki bizdə səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem yox idi. Bir daha vurğulayırıq ki, biz təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə heç bir hüquq verməmişik.
Biz bu məsələ ilə bağlı rəsmi cavab gözləyirik və ondan asılı olaraq növbəti addımlar atmağı planlaşdırırıq. Ümid edirik ki, yaranmış vəziyyət tezliklə ədalətin qorunması şərtilə çözüləcək", - məlumatda deyilir.
12:17 / 29 Oktyabr 2026
16
12:14 / 29 Oktyabr 2026
19
12:02 / 29 Oktyabr 2026
76
12:01 / 29 Oktyabr 2026
44
11:56 / 29 Oktyabr 2026
42
11:43 / 29 Oktyabr 2026
53
11:37 / 29 Oktyabr 2026
77
11:27 / 29 Oktyabr 2026
475
11:25 / 29 Oktyabr 2026
352
11:02 / 29 Oktyabr 2026
45
10:47 / 29 Oktyabr 2026
198
10:44 / 29 Oktyabr 2026
113
10:33 / 29 Oktyabr 2026
175
10:17 / 29 Oktyabr 2026
91
10:05 / 29 Oktyabr 2026
85
09:59 / 29 Oktyabr 2026
74
09:58 / 29 Oktyabr 2026
212
09:55 / 29 Oktyabr 2026
193
09:55 / 29 Oktyabr 2026
110
09:41 / 29 Oktyabr 2026
95
09:27 / 29 Oktyabr 2026
115
09:26 / 29 Oktyabr 2026
101
09:16 / 29 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.