Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69439
az

“Anamın doğum gününü Şuşada keçirdim, onun gur yağışına da qurban olum...”

20:4013 May, 2022
258
CƏMİYYƏT
  • A

 

Mayın 12-də başlanan "5-ci Xarıbülbül" festivalı öz axarı ilə davam edir. Bu gün festivalın 2-ci günüdür.

OXU24.COM moderator.az-a istinadən xəbər verir ki, dünən festivalın açılışında olan sənətçilərimizin festivalla bağlı fikirlərini alıb. Xalq artisti Siyavuş Kərimi bildirib ki, hələ də Şuşadadır.

"Mən hələ də Şuşadayam, festival bu gün də davam edəcək. İlkin təəsüratlarım odur ki, hər şey çox gözəl təşkil olunub. Cənab prezidentin, Mehriban xanımın iştirakı ilə açılış mərasimi baş tutdu. Düzdü, festival bu il bir az gözlənilməz hadisələrlə dolu idi. Belə ki, festivalın başlaması ilə güclü yağış da başladı, hamı çətirlərlə yağışın altında oturub, konsertə baxdı. Bunun özü də çox maraqlı situatsiya idi, yaddaqalan hadisə oldu. Leysan yağışlar başladı. Çox maraqlı konsertlər oldu. Türk dünyasının paytaxtı Şuşada belə bir mötəbər tədbirin keçirilməsi əlbəttə ki, Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir" deyə Siyavuş Kərimi deyib. 

Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə də "Xarıbülbül" festivalında ikinci dəfədir iştirak etdiyini bildirib.

"Şuşa həmişə gözəldir. Günəşli havada da, yağışlı havada da. Biz hər zaman Şuşanı sevmişik. Çox gözəl konsert oldu. Gözəl bir mühit var idi. Nə olar ki, bir az yağış yağdı, bu bizə mane olmadı. Məmnuniyyətlə bu konserti izlədik. Bu il bir az fərqli olaraq müxtəlif xalqların mahnıları, rəqsləri də festivalda səsləndi. Orada çox gözəl atmosfer var idi, insanlar bir-birlərinə işıq saçırdılar" deyə Firəngiz Əlizadə bildirib.

Əslən Şuşalı olan xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova ikinci dəfə doğma yurdunda olmağın sevincini bizimlə bölüşüb.

"Festival yüksək səviyyədə keçirildi. Gur yağış da yağmışdı. O da ruzi-bərəkətdir! Şuşanın gur yağışına həsrət qalmışdım. Şuşada yağan yağışa da qurban olum. Üstdən geyinməyə bizə geyim verdilər, çətirlər paylanıldı. Sonuna qədər konserti izləyəndən sonra şəhəri gəzdik, gün də çıxdı! Çox maraqlı idi. Sonra Xarıbülbül otelinə gəldik, orada yemək yedik, pürrəngi çay içdik. Bir də gördük ki, gün çıxdı, səma üzərində göy qurşağı yarandı. Cıdır düzünə, Şuşa qalasına uzaqdan baxanda hər zaman gözümün qabağına əsgərlər gəlir, elə bilirəm  ki, əsgərlərimiz ordan dırmaşıb üzü bizə sarı gəlirlər. Bu gün anamın da doğum günü idi, ona Şuşada fatihə oxudum. Allah şəhidlərimizə rəhmət etsin. Şuşadan xoş təəsüratlarla ayrıldım" deyə xalq artisti bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki gün öncə həlak olan 13 yaşlı Zaurun partası indi belə görünür -FOTOLAR
Daha bir ölkə Netanyahunu həbs etməyəcək
Lətif Cəfərov vəfat etdi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu