DİN rəsmi rəqəmləri AÇIQLADI
29 Oktyabr 2026, 16:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
311
13.05.2022, 13:08
Bir neçə gündür sosial şəbəkələrdə sabiq deputat Hüseyn Abdullayevin əfv üçün müraciət etməsi ilə bağlı məlumatlar dolaşır. OXU24.COM-a daxil olan məlumata görə, əfv üçün müraciət edənlər arasında bir neçə tanınmış adlar var. Söhbət keçmiş nazir Səlim Müslümov, şair Əjdər Ol, keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənov, sabiq deputat Eldəniz Səlimov, ləğv edilmiş KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli və həbsdəki icra başçılarından gedir.
Maraqlıdır adı çəkilənlərdən kimlər əfv üçün müraciət edib? Ümumilikdə nə qədər məhkumun əfv olunması gözlənilir? Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyanın üzvü Əliməmməd Nuriyev Cebhe.info-ya açıqlamasında deyib ki, əfv sərəncamının hansı sayda məhkuma aid ediləcəyi haqqında məlumatsızdır:
“Nə qədər məhkumun əfv olunması məsələsini cənab Prezident müəyyən edir. Gələcəkdə əfv sərəncamı verilərkən hansı sayda məhkuma şamil olunacağı haqqında hansısa məlumata malik ola bilmərik. Bu, cənab Prezidentin səlahiyyətidir.”
Komissiya üzvü kimlərin əfv üçün müraciət etməsi ilə bağlı məlumatları açıqlamaq istəməyib:
“Bunlar hamısı şəxsi məlumatlardır. Kim istəsə özü müraciət etməsi haqqında məlumat verə bilər. Komissiya üzvü olaraq kimlərin bizə müraciət etməsi haqqında məlumatı vermək qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilər. Həm də etik qaydalara ziddir. “Şəxsi məlumatların qorunması haqqında” Qanun var. O qanunu da pozmuş olarıq. Müzakirələrin məzmunu barədə məlumat vermək yolverilməzdir. Hansı sayda müraciət var, kimlər müraciət edib- bu haqda məlumat vermək qanunun pozulmasına gətirib çıxara bilər. Yalnız müraciət etmiş şəxslər özləri müraciətləri barədə hər hansı məlumatı verə bilərlər.
Hansısa məhkumun əfv olunması ilə vəsatət qaldıran şəxs də məlumat verə bilər. Ona görə də bir sıra hallarda qeyri-hökumət təşkilatları, bəzi deputatlar və Ombudsman vəsatət qaldıra bilir, onlar və məhkumun yaxın qohumları da məlumat verə bilərlər”.
Qeyd edək ki, Azərbaycanda 28 May Müstəqillik Günü ilə əlaqədar əfv sərəncamının imzalanması gözlənilir. Əfv Məsələləri Komissiyasının bir neçə iclası keçirilib, bu vaxtadək 300-dən çox müraciətə baxılıb.
Həmçinin oxuyun
16:17 / 29 Oktyabr 2026
36
16:10 / 29 Oktyabr 2026
82
16:04 / 29 Oktyabr 2026
68
16:03 / 29 Oktyabr 2026
70
15:50 / 29 Oktyabr 2026
424
15:42 / 29 Oktyabr 2026
258
15:36 / 29 Oktyabr 2026
237
15:32 / 29 Oktyabr 2026
127
15:22 / 29 Oktyabr 2026
96
15:20 / 29 Oktyabr 2026
85
15:10 / 29 Oktyabr 2026
130
14:58 / 29 Oktyabr 2026
122
14:50 / 29 Oktyabr 2026
256
14:43 / 29 Oktyabr 2026
98
14:40 / 29 Oktyabr 2026
3096
14:32 / 29 Oktyabr 2026
124
14:29 / 29 Oktyabr 2026
85
14:11 / 29 Oktyabr 2026
1203
13:55 / 29 Oktyabr 2026
85
13:45 / 29 Oktyabr 2026
88
13:26 / 29 Oktyabr 2026
105
13:16 / 29 Oktyabr 2026
127
13:14 / 29 Oktyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.