Qaynar xətt:

(+99450) 247 90 86

İntihar edən məktəblini xilas etmək istəyən GÖMRÜKÇÜ: - "Çox məyus oluram"

İntihar edən məktəblini xilas etmək istəyən GÖMRÜKÇÜ: - \\\"Çox məyus oluram\\\"

CƏMİYYƏT

411

13.05.2022, 12:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda intihar edən məktəbli qızı xilas etməyə çalışan gömrük əməkdaşı Zahid Niyazov xəstəxanadan evə buraxılıb. Regionxeberleri.com lent.az-a istinadla xəbər verir ki, bu barədə o. özünün sosial şəbəkə hesabında bildirib. Z. Niyazov xəstəxanada müalicə alarkən ona dəstək olan Dövlət Gömrük Komitəsinin rəhbərliyinə və şəxsi heyətə təşəkkür edib:

“Allahın salamı olsun hər kəsə. Məlum hadisə ilə bağlı bildirmək istəyirəm ki, səhhətim, şükür Allaha, yaxşıdır. Artıq ev şəraitində müalicəmi davam etdirirəm.

Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm və məyus oluram. Xumar balanın valideynlərinə başsağlığı verirəm, Allahdan o gözəl balamıza rəhmət diləyirəm. Məkanı cənnət olsun”.

Qeyd edək ki, mayın 3-ü paytaxtın Xətai rayonunda 17 yaşlı Xumar Babayeva yaşadıqları binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib. Bu zaman o, aşağıda dayanmış gömrük əməkdaşı Zahid Niyazovun üstünə düşüb. Z. Niyazov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.