Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69398
az

"Qadınlar arıqlamaq üçün narkomanlıq edirlər" - Mehriban Zeynalovadan ŞOK AÇIQLAMA

21:3312 May, 2022
364
CƏMİYYƏT
  • A

Son 10-15 ildə Azərbaycanda bir çox mental dəyərlər "ölüb". İndi məişət zəminində istənilən qeyri-standart hadisə ilə qarşılaşa bilərik. Artıq çox adamda bu, heç təəcüb də doğurmur.

Küçədə və ofislərdə siqareti üzünüzə püfləyən qadınlar, nakotik aludəçisi olan gənc qız və oğlanlar, "arvad hesabına" yaşayan alfons təbəqə adi, gündəlik həyat tərzi hesab edilir.

Cəmiyyətimizdə narkotik vasitələrdən istifadə isə artıq "göz deşir". Məmurundan tələbəsinə, ziyalısından kəndlisinə kimi milərlə insan "ağ ölümün" girovundadır. Son zamanlar zərif cinslərin iştirakçısı olduğu sosial şəbəkə video paylaşımlarında narkotikdən asılılığın qadınlar arasında xüsusi vüsət aldığı görünür.

Nə baş verir? Potensial Azərbaycan anası uçuruma yuvarlanır və biz niyə susuruq?

OXU24.COM xəbər verir ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bu mövzuda fikilərini bizim.media-ya bölüşüb.

Onun sözlərinə görə, qadınların bu maddəyə marağı bir neçə səbəbə əsaslanır:

"Bu daha çox çevrədən, insanın düşdüyü mühitdən asılıdır. Qadınları bu hala salan onların tərəf müqabilləri, yəni sevgililəri və ya həyat yoldaşları da ola bilər. Hansı ki, onlar istifadəçisi olduqları bu maddələri məcburi şəkildə onlara da qəbul etdirirlər. Digər səbəb isə qadınların arıqlamaq istəyi ilə bağlıdır. Çox zaman aldadıcı vədlərə inanaraq arıqlayıcı vasitə kimi alıb istifadə etməyə başlayırlar nəticədə vəziyyət bu yerlərə gəlib çıxır. Narkotik satanlar üçün ailə dəyərləri, genefond, dəyər və digər məsələlər mövcud deyil. Onlar üçün əsas qazanc əldə etməkdir. Qarşısındakının isə qadın və yaxud da kişi olması onlar üçün qətiyyən əhəmiyyət daşımır, çünki satış çevrəsini böyütmək daha böyük gəlir deməkdir".

Mehriban Zeynalova qeyd edir ki, sözügedən maddələrdən istifadə 10 il əvvəl də olub və yeni hal deyil. Lakin hazırda bu hal kəskin şəkildə artıb:

"Ona görə də narkotik vasitələrin satışını həyata keçirənlərin xarakterlərini, manipulyasiya fəndlərini aşkara çıxarıb onlara qarşı necə davranmaq, tədbirli olmaq kimi mövzularda maarifləndirmə işləri aparılmalıdır.

Həmçinin reabilitasiya mərkəzləri açmaq lazımdır ki, küçələrdə bu vəziyyətdə qalan, ümumiyyətlə narkotik bəlasına düçar olmuş şəxslər müalicə olunsunlar".

Zeynalova onu da vurğulayıb ki, çox az hallarda narkotiklə reabilitasiya prosesi effektiv nəticə verir və bu davamlı, çətin işdir.

"Buna görə də sözügedən prosesə QHT-ləri də cəlb etmək önəmlidir. O cümlədən, çoxlu sosial işçilər hazırlamaq lazımdır və bu işçilər narkotik istifadəçiləri ilə işləyə bilsinlər və yaxud da narkotik vasitələrin istifadə edildiyi ərazilərin xəritələşməsini aparıb o ərazilərdə ciddi tədbirlərin həyata keçirsinlər", - deyən M.Zeynalova bu problemin kompleks şəkildə həll edilməli olduğunu diqqətə çatdırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hökumət vətəndaşlara smartfon almaq üçün PUL VERƏCƏK -Bu ölkədə...
Əsirlikdən azad edilən ukraynalıların SAYI AÇIQLANDI
"AZAL"ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat bu tarixdə açıqlanacaq

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...