Vilayət Eyvazov rəislərin qarşısında konkret tələblər QOYDU
29 Oktyabr 2026, 18:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2352
11.05.2022, 23:31
"Doğurdanmı Azərbaycanda insanlar orta hesabla 77 yaşa qədər yaşayıb, pensiya alır? (65 yaşda pensiyaya çıxan insan pensiya kapitalının 12 ildə olan ayların sayına (144-ə) bölünərək aylıq pensiya müəyyən edilməsi orta hesabla insanların 77 il yaşamasını qəbul etmək deməkdir). Əvvəlcə pensiya almadan ölənlərdən başlayaq. 2002-ci ildə əmək qabiliyyətli əhali arasında 11 588 nəfər ölmüşdüsə, 2020-ci ildə 27991 nəfər dünyasınını dəyişib. Bu pensiya almadan ölənlərin təxminən 150% artması deməkdir.
Bunun bir neçə səbəbi olsa da, əsas səbəb pensiya yaşının artırılmasıdır. Çünki 2009-cu ilə qədər əmək qabiyyətli əhali olaraq kişilər 15-61 yaş, qadınlar 15-56 yaş arası hesab olunurdu. Amma 2020-ci ildə bu yaş həddi kişilər üçün 15-64, qadınlar üçün 15-61,5 yaş hesab edilirdi. Burada Koronavirusun yaratdığı "ölüm dalğasının” da səbəbləri vardı. Amma virusun ölüm dalğasından əvvəlki 2019-cu ildə əmək qabiliyyətli kateqoriyaya daxil olan 19000-ə yaxın insan ölüb. Göründüyü kimi pensiya yaşı artırıldıqca pensiya almadan ölənləri sayı kəskin artır. Bu artım illər üzrə bərabər qalxmır, artan hər pensiya yaşına ölüm daha çox artır. Məsələn, pensiya yaşını 55-dən 56-ya qaldıranda əvvəlki illə müqayisədə təxminən 300 nəfər daha çox ölüm olursa, 65-yaşdan 66 yaşa qaldıranda ölüm sayı 300 yox, 1000 artır. Yəni bioloji yaş artıqca ölüm daha çox artır. Bu təxminən həmin qədər insanın bu və ya digər formalı pensiya hüququndan istifadə edə bilmədən dünyasını dəyişməsi deməkdir”.
Bunu ekspert Eldəniz Əmirov bildirib.
E.Əmirov qeyd edib ki, pensiya yaşının azaldılması ilə bağlı son günlər Milli Məclisdə olan müzakirələr müsbət hal olsa da, reallaşdırılması gözlənilən deyil:
"Ona görə ki, 2027-ci ilə qədər pensiya yaşının artırılması qanunla təsdiqlənib. Belə ki, "Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb 65-ə çatdırılması nəzərdə tutulub. Hazırda kişilərin pensiya yaşı 65 olub, qadınların pensiya yaşı isə 62 il 6 aydır. 1 iyul 2022 – 30 iyun 2023 tarixində isə qadınlar üzrə 63 il olacaq. Beləliklə, azalan hər pensiya yaşı əlavə xərc, artan hər pensiya yaşı isə qənaət deməkdir. Odur ki, yaxın vaxtlarda pensiya yaşının azalması ilə bağlı addımın atılacağı gözlənilən deyil.
O ki qaldı, 65 yaşda pensiyaya çıxan insanın toplanmış pensiya vəsaitinin 144-ə bölünərək 12 il pensiya alacağını hesab etməyə, bunu da bir mənalı qarşılamaq çətindir. Yuxarıda qeyd etdiyim kimi, əgər özümüz hansısa bir statistikanı hesablaya bilmiriksə, rəsmi statistikanı qəbul etməliyik. Odur ki, mən 77 yaş statistikasını inkar etmədən, sadəcə bir müşahidəmi qeyd etmək istəyirəm ki, son bir ildə ölüm xəbərini eşitdiyim insanların orta yaşı heç 70-i keçmir. İş burasındadır ki, qəbirstanlıqları ziyarət etdiyimiz zaman baş daşları üzərindəki rəqəmlər də rəsmi statistika ilə heç uyuşmur. Düzdür, bu peşəkar yanaşma olmadığı üçün bunu əsas götürmək olmaz, amma müxtəlif fərdlərin müxtəlif regionlardakı müşahidələri çox oxşardırsa, deməli, bu haqda düşünməyə dəyər”.//Sfera.az
19:02 / 29 Oktyabr 2026
15
18:46 / 29 Oktyabr 2026
52
18:39 / 29 Oktyabr 2026
60
18:32 / 29 Oktyabr 2026
53
18:21 / 29 Oktyabr 2026
58
18:05 / 29 Oktyabr 2026
95
17:55 / 29 Oktyabr 2026
113
17:50 / 29 Oktyabr 2026
445
17:48 / 29 Oktyabr 2026
85
17:43 / 29 Oktyabr 2026
16806
17:36 / 29 Oktyabr 2026
90
17:30 / 29 Oktyabr 2026
179
17:29 / 29 Oktyabr 2026
114
17:20 / 29 Oktyabr 2026
97
17:06 / 29 Oktyabr 2026
210
16:59 / 29 Oktyabr 2026
244
16:56 / 29 Oktyabr 2026
123
16:53 / 29 Oktyabr 2026
554
16:50 / 29 Oktyabr 2026
611
16:48 / 29 Oktyabr 2026
116
16:45 / 29 Oktyabr 2026
70
16:44 / 29 Oktyabr 2026
136
16:40 / 29 Oktyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.