Qaynar xətt:

(+99450) 247 90 86

Həkim məsləhəti olmadan karset taxanlar üçün VACİB AÇIQLAMA

Həkim məsləhəti olmadan karset taxanlar üçün VACİB AÇIQLAMA

CƏMİYYƏT

452

11.05.2022, 20:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"İnsanlarda onurğada olan fizioloji əyrilik ya anadangəlmə, ya da sonradan qazanılmış problem kimi özünü büruzə verir”.
 

AZXEBER.COM xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşırov deyib.

Ətraflı

Onun sözlərinə görə, qız uşaqlarında 8-12, oğlanlarda isə 11-13 yaş arasında daha aktiv böyümə getdiyi üçün əyilməyə meyillilik olur: "Ümumilikdə isə konkret yaş aralığı yoxdur. Uşaqlarda daha çox skolioz xəstəliyi üstünlük təşkil edir. Karset taxılması da müayinə nəticəsində məsləhət görülə bilər. Yəni həkim məsləhəti olmadan karset taxılması müalicə üsulu deyil”.

Cərrah xatırladıb ki, masaj yerli əzələlərin qan dövranın yaxşılaşması üçün edilir: "Çünki əzələlər qidalandığı üçün inkişaf yaxşı olur. Skoliozun əyriliyinə görə əzələlər var. Masajlar da növlərinə görə fərqlidir. Müayinə zamanı hansı masaj növünün edilməsi məsləhət görülür. Masajın təsiri var, amma xəstəlik sırf bununla müalicə edilmir. Bütün müalicə üsulları birgə edilməlidir. Üzgüçülükdə onurğa düzəlməz. Sadəcə peşəkar həkim müayinəsindən sonra xəstəlik növünə görə müalicə növü təyin edilə bilər”.