Yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
29 Oktyabr 2026, 23:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
448
08.05.2022, 21:36
Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 77-ci ildönümü münasibəti ilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinə və vətəndaşlarına təbrik ünvanlayıb.
Kremlin saytında gedən məlumata əsasən Putin “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası”, Gürcüstan və Ukrayna xalqlarını da təbrik edib.
“Rusiya Prezidenti təbrikində xüsusi olaraq qeyd edib ki, bu gün biz saysız-hesabsız qurbanlar və məşəqqətlər bahasına nasizmi darmadağın etmiş əsgərlərə və arxa cəbhə işçilərinə minnətdarlıq və ehtiramımızı bildiririk”, - təbrikdə deyilir.
Kreml qeyd edib ki, Rusiya lideri təbrikində “bu gün müxtəlif ölkələrin insanlarına bu qədər iztirab gətirən nasizmin dirçəlişinin qarşısını almaq bizim ümumi borcumuzdur” deyə vurğulayıb.
“Müharibə illərində baş verən hadisələr, ümumi mənəvi dəyərlər və qardaşlıq dostluğu ənənələri haqqında həqiqətləri qoruyub saxlamaq və nəsillərə çatdırmaq lazımdır”, - deyə məktubda bildirilir. Putin yeni nəsillərin ata və babalarının xatirəsinə layiq olmasını arzulayıb.
Bundan əlavə, Rusiya Prezidenti Böyük Vətən Müharibəsi veteranlarına və Ukrayna vətəndaşlarına ünvanladığı müraciətdə Böyük Vətən müharibəsində məğlub olanların ideoloji varislərindən qisas alınmasının yolverilməzliyini vurğulayıb.
23:27 / 29 Oktyabr 2026
20
23:23 / 29 Oktyabr 2026
42
23:20 / 29 Oktyabr 2026
28
23:11 / 29 Oktyabr 2026
163
23:08 / 29 Oktyabr 2026
45
23:05 / 29 Oktyabr 2026
403
23:00 / 29 Oktyabr 2026
95
22:50 / 29 Oktyabr 2026
55
22:47 / 29 Oktyabr 2026
63
22:42 / 29 Oktyabr 2026
138
22:37 / 29 Oktyabr 2026
60
22:34 / 29 Oktyabr 2026
70
22:32 / 29 Oktyabr 2026
71
22:30 / 29 Oktyabr 2026
124
22:27 / 29 Oktyabr 2026
77
22:24 / 29 Oktyabr 2026
78
22:17 / 29 Oktyabr 2026
63
22:11 / 29 Oktyabr 2026
89
22:07 / 29 Oktyabr 2026
80
21:48 / 29 Oktyabr 2026
101
21:45 / 29 Oktyabr 2026
1048
21:42 / 29 Oktyabr 2026
112
21:33 / 29 Oktyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.