Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda koronavirusdan ölənlərin əksəriyyəti bu xəstəlikdən əziyyət çəkənlər olub

Azərbaycanda koronavirusdan ölənlərin əksəriyyəti bu xəstəlikdən əziyyət çəkənlər olub

CƏMİYYƏT

391

06.05.2022, 22:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətəndaşlarımız arasında koronavirusdan ölənlərin böyük əksəriyyəti xroniki ürək-damar xəstəliyindən əziyyət çəkənlərdir.

Bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, ölkəmizdə də karantin qaydalarının tətbiqi insanların müəyyən zaman ərzində hərəkətinin məhdudlaşdırılması xüsusilə xroniki xəstəlikləri olan və yaşı çox olan vətəndaşlarımızın sağlamlığına mənfi təsir göstərib.

"Pandemiyanın psixoloji, qeyri-sağlam qidalanma, hərəkətsizlik və stress ürək-damar xəstəliklərinin artmasına səbəb olub. Nazirlik olaraq pandemiya başlayandan vətəndaşlarımız arasında sağlam həyatın təbliğinə, təşviqinə xüsusi diqqət edirik. Pandemiya ürək-damar xəstəliklərinin tək ölkəmizdə deyil, dünyada artmasına ciddi təsir göstərib. Hazırda karantin qaydalarının yumşaldılması, insanların aktiv həyata qayıtması ürək-damar xəstəliklərinin azalmasına səbəb olacaq", - deyə N.Seyidov bildrib.