Alma bağlarında xəstəlik yayılıb
31 Oktyabr 2026, 12:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1176
30.04.2022, 14:53
"Azərbaycan ilə Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Müqavilə Rusiyada əmək miqrantları kimi çalışan Azərbaycan vətəndaşlarının işlədikləri müddətdə qazanmış olduqları pensiya və sosial sığorta üzrə hüquqlarının tanınması və qorunmasına imkan verəcək. Eyni ilə Azərbaycanda əmək miqrantları kimi fəaliyyət göstərən Rusiya vətəndaşlarının da oxşar hüquqları olacaq.
Oxu24.com xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, sənəd eyni zamanda Rusiyada yaşayan həmyerlilərimizin şimal qonşumuzda yaşadığı zaman qazandığı sığorta stajının da tanınmasına şərait yaradacaq: "Məsələn, Rusiyada yaşayan həmyerlimiz həmin ölkədə çalışaraq sığorta ödənişi həyata keçirib və 25 illik sığorta stajı var. Daha sonra o, Azərbaycana dönməklə bağlı qərar verir. Bu zaman o Azərbaycanda pensiya yaşı tamam olanda Rusiyada qazadığı staj ilə pensiyaya çıxmaq hüququ əldə edəcək. Yəni, onun Rusiyada ödədiyi sığorta ödənişləri və qazandığı staj Azərbaycanda pensiyaya çıxmaq üçün yetərli olacaq.
Yaxud, Rusiyada qısa müddət, 5 il çalışıb daha sonra ölkəyə qayıdıb Azərbaycanda işləyən həmyerlimizin də pensiyaya çıxan zaman şimal qonşumuzda qazandığı sığorta stajı ümumi stajına əlavə olunacaq. Bu baxımdan, Rusiyada yaşayan və əmək miqrantları kimi çalışan həmyerlilərimiz ölkəmizə geri dönən zaman orada işlədiklərini təsdiq edən sənədləri də özlərində saxlması vacibdir. Təbii ki, elektron sistemlərin inteqrasiyası nəticəsində virtual məlumat mübadiləsi baş verəcək. Amma bütün hallarda bu tip sənədlərin qorunması arzuolunandır".
V.Bayramov vurğulayıb ki, bütövlükdə, bu sənəd Azərbaycan vətəndaşının Rusiyada qazandığı sığorta stajının Azərbaycanda, şimal qonşumuzun vətəndaşının ölkəmizdə qazandığı sığorta stajının Rusiyada qəbul edilməsinə imkan verəcək.
11:42 / 31 Oktyabr 2026
25
11:40 / 31 Oktyabr 2026
30
11:36 / 31 Oktyabr 2026
38
11:34 / 31 Oktyabr 2026
35
11:15 / 31 Oktyabr 2026
443
11:12 / 31 Oktyabr 2026
47
11:10 / 31 Oktyabr 2026
99
10:25 / 31 Oktyabr 2026
77
10:24 / 31 Oktyabr 2026
71
09:22 / 31 Oktyabr 2026
89
04:25 / 31 Oktyabr 2026
352
00:59 / 31 Oktyabr 2026
141
00:50 / 31 Oktyabr 2026
638
00:24 / 31 Oktyabr 2026
152
00:18 / 31 Oktyabr 2026
312
00:07 / 31 Oktyabr 2026
150
00:03 / 31 Oktyabr 2026
861
00:02 / 31 Oktyabr 2026
204
23:56 / 30 Oktyabr 2026
122
23:46 / 30 Oktyabr 2026
109
23:44 / 30 Oktyabr 2026
163
23:32 / 30 Oktyabr 2026
291
23:31 / 30 Oktyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.