Zahid Oruc: "Anonim şikayətlərin çoxalmasının dövlət orqanlarında sağlam mühitə təsiri”...
30 Oktyabr 2026, 14:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1337
28.04.2022, 16:01
Tanınmış meyxanaçı Aqşin Fatehlə şəriki arasında dava düşüb, xəsarət alan var.
Oxu24.com xəbər verir ki, hadisə A.Fatehin işlətdiyi “ByFateh1” restoranında baş verib.
Hadisəyə səbəb A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq olub.
Məlumata görə, A. Fatehlə F. Alıyev 8 ay əvvəl şərik restoran açıblar, amma bir neçə ay sonra şəriklər arasında problemlər yaranıb.
Aprelin əvvəlindən F. Alıyev A. Fatehi restorana buraxdırmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib.
Aprelin 17-də isə A. Fateh bir neçə nəfərlə restoranda olan əşyalarını, özünə məxsus bəzi texnikalarını götürmək üçün oraya gedib.
Bu vaxt tərəflər arasında dava düşüb. Restoranı işlədənlər “102” xidmətinə və Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət ediblər.
Onlar iddia ediblər ki, A. Fateh kriminal qruplaşmanın bir neçə üzvü ilə restorana hücum çəkib, əllərində bıçaqla onları hədələyiblər, zor tətbiq ediblər. Bu zaman restoranda gül satan qız isə zədələnib.
Qarşı tərəf bunun böhtan olduğunu, onlara məxsus əşyaları mənimsəmək üçün və qisas məqsədi ilə belə bir şikayət verildiyini bildirib.
Məsələ ilə bağlı 6-cı Polis Bölməsi şikayətçilərin iddialarının əsassız olmasını, heç bir sübut olmadığını əsas gətirərək şikayəti rədd edib.
Lakin şikayətçilər Binəqədi Polis İdarəsinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) şikayət ediblər.
Bundan sonra Binəqədi Polis İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. (bakupost)
14:38 / 30 Oktyabr 2026
30
14:36 / 30 Oktyabr 2026
43
14:35 / 30 Oktyabr 2026
31
14:29 / 30 Oktyabr 2026
55
14:22 / 30 Oktyabr 2026
225
14:18 / 30 Oktyabr 2026
91
14:16 / 30 Oktyabr 2026
52
13:55 / 30 Oktyabr 2026
59
13:45 / 30 Oktyabr 2026
90
13:31 / 30 Oktyabr 2026
144
13:18 / 30 Oktyabr 2026
320
13:14 / 30 Oktyabr 2026
67
13:05 / 30 Oktyabr 2026
82
13:05 / 30 Oktyabr 2026
88
12:50 / 30 Oktyabr 2026
113
12:45 / 30 Oktyabr 2026
1437
12:42 / 30 Oktyabr 2026
159
12:25 / 30 Oktyabr 2026
109
12:25 / 30 Oktyabr 2026
70
12:21 / 30 Oktyabr 2026
1459
12:15 / 30 Oktyabr 2026
200
11:55 / 30 Oktyabr 2026
111
11:45 / 30 Oktyabr 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.