Azərbaycan İrandan bu məhsulun idxalını 51 dəfə artırdı
30 Oktyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
661
25.04.2022, 21:54
Milli Məclisin səhiyyə komitəsinin üzvü, Sumqayıtdan seçilmiş deputat Müşfiq Məmmədli də yeniyetmənin ölümü ilə bağlı iddialar səsləndirib. Bildirib ki, Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin səlahiyyətinə aid olan məsələləri icra edilməyib: "Xəstənin təxliyyəsi səhiyyə işinin təşkilinə aid olduğuna görə bir başa bu işlə həmin publik şəxsin direktoru məşğul olmalıdır. Yəni müvafiq tibb müəssisəsi ayarlanmalıdır, həmin tibb müəssisəsinin rəhbəri ilə razılaşdırılmalıdır, xəstənin vəziyyəti qiymətləndirilməlidir, təcili tibbi yardım maşınında götürülməsi imkan verirsə qərar qəbul olunmalıdır. Gediləcək tibb müəssisəsində yer həm onlayn qaydada, həm da razılaşma yolu ilə təmin edilməlidir.
Çox təəssüf ki, həmin tibb maşını özbaşına qərar verib, sonradan bizim araşdırmamız nəticəsində müəyyən olunub ki, təcili tibbi yardım maşını reanimasyon xidmət üçün uyğun deyilmiş, defibrillator nasaz vəziyyətdə, maşında oksigen təminatı isə olmayıb. Heç bir tibbi yardım göstərilmədən, sadəcə "taksi" xidməti kimi razılaşma olmadan bu cür ağır vəziyyətdə olan xəstə Bakı şəhərinə göndərilib. Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin heç bu prosesdən xəbəri yox imiş".
Millət vəkili əlavə edib ki, ciddi şəklildə həmin şəxslər cəzalandırılmalı və Sumqayıt səhiyyəsinə rəhbərlik edən şəxs öz vəzifəsindən azad edilməlidir.
Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzi PHŞ qafqazinfoya verilən açıqlamada bildirilib ki, 2007-ci il təvəllüdlü Osmanov Ramal Zaur oğlu 10 aprel 2022-ci il tarixində saat 15:40 radələrində Sumqayıt Şəhər Uşaq Xəstəxanasına burun qanaması diaqnozu ilə daxil olub: "Xəstəyə venadaxili qan qatılaşdırıcı inyeksiyalar olunub və plazma köçürülüb. İlkin yardım göstərildikdən və uşağın vəziyyəti stabilləşdikdən sonra onun qan xəstəliyinin olduğu təsbit edilib və ailəyə təcili tibbi yardım avtomobili vasitəsi ilə Bakıya müvafiq tibb müəssisəsinə göndərilməsi təklif edilib. Ailə tərəfindən övladlarının öz müalicə həkiminin olduğu və özəl tibb müəssisəsinə aparacaqları bildirilib, daha sonra yazılı razılıqlarına (iltizamnamə) əsasən, öz istəkləri ilə uşaq xəstəxanadan çıxarılıb.
Daha sonra ailə tərəfindən uşaq özəl klinikada əməliyyat edilib və bir gün nəzarətdə saxlanılıb. 11 aprel tarixində R.Osmanovun özəl xəstəxanada vəziyyəti pisləşdikdə Təcili Tibbi Yardıma müraciət edilərək 23:00-da K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib. Növbətçi həkimlər təcili yardım maşınında ilkin tibbi yardım göstərildikdən sonra lor (qulaq, burun) sahəsi üzrə ixtisaslaşmış A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yönləndirilib. R.Osmanov yolda olarkən dünyasını dəyişib".
19:46 / 30 Oktyabr 2026
19
19:35 / 30 Oktyabr 2026
33
19:24 / 30 Oktyabr 2026
45
19:12 / 30 Oktyabr 2026
72
19:07 / 30 Oktyabr 2026
75
18:56 / 30 Oktyabr 2026
78
18:50 / 30 Oktyabr 2026
77
18:43 / 30 Oktyabr 2026
1112
18:27 / 30 Oktyabr 2026
75
18:17 / 30 Oktyabr 2026
95
18:14 / 30 Oktyabr 2026
173
18:07 / 30 Oktyabr 2026
119
18:01 / 30 Oktyabr 2026
228
18:00 / 30 Oktyabr 2026
161
17:51 / 30 Oktyabr 2026
72
17:47 / 30 Oktyabr 2026
695
17:35 / 30 Oktyabr 2026
266
17:20 / 30 Oktyabr 2026
100
17:19 / 30 Oktyabr 2026
119
17:15 / 30 Oktyabr 2026
106
16:53 / 30 Oktyabr 2026
217
16:33 / 30 Oktyabr 2026
114
16:20 / 30 Oktyabr 2026
847
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.