Qaynar xətt:

(+99450) 247 90 86

"Putin mayın 9-dək Odessanı işğal etməyə çalışır"...-"Bellingcat"

\\\"Putin mayın 9-dək Odessanı işğal etməyə çalışır\\\"...-\\\"Bellingcat\\\"

CƏMİYYƏT

613

25.04.2022, 20:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Federasiyası mayın 9-dək Ukraynanın cənub hissəsini, o cümlədən Odessanı ələ keçirməyi planlaşdırır.
OXU24.COM xəbər verir ki, bunu "Bellingcat"-ın təhqiqatçısı Xristo Qrozev Ukrayna mediasına açıqlamasında söyləyib.

 
Onun sözlərinə görə, Rusiya Federasiyası tərəfindən panika və mayın 9-na qədər hansısa “qələbə”ni nümayiş etdirmək  istəyi göz qabağındadır.
 
"Onlar başa düşürlər ki, əgər xalqa cəlbedici bir şey, məsələn, Odessaya tam dəhliz kimi bir şey  təqdim etməsələr, o zaman insanlar suallar verməyə başlayacaqlar", - deyə Qrozev izah edir.
 
Onun sözlərinə görə, Kreml mayın 9-dək istənilən nailiyyəti  yetərincə olan kimi göstərməyə çalışacaq.
 
"Əgər onlar uğur qazanmasalar - və mənə elə gəlir ki, bacarmayacaqlar - o zaman onlar son anda daha çox terror tədbirləri görməyə hazır olacaqlar və buraya kimyəvi silahdan istifadə də daxildir", - Xristo Qrozev əlavə edib.
 
Jurnalistin fikrincə, Rusiya xalqı öz hökumətinə və onun təbliğatına inanmamağa başlayır.