Bakı-Xırdalan marşrutu ilə hərəkət edən qatarda gecikmə qeydə alınıb
30 Oktyabr 2026, 20:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
391
25.04.2022, 19:15
18:40
"Mənim Bakıda avtomobil qəzası törətməyim barədə məlumatın heç bir əsası yoxdur".
Bunu APA-ya açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu idarə etdiyi BMW markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı maşını vurması barədə xəbərlərlə bağlı deyib.
Diplomat bildirib ki, Xəqani küçəsində hərəkətdə olarkən "Mercedes"in sürücüsü onun maşının vurulduğunu iddia edib:
"Mən də onun maşınına yaxınlaşdım, bildirdim ki, hansı hissədən vurduğumu, toxunmanın izlərini, maşına dəyən ziyanı göstərsin. Göstərə bilmədi, çünki belə şey olmayıb. Mən heç bir qəza törətməmişəm".
16:58
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, qeyd olunan hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsinə sürücülər tərəfindən məlumat daxil olmayıb:
"Hadisə ilə bağlı deyə bilərəm ki, avtomobillərə ciddi ziyan dəyməyib. Onlar öz aralarında razılaşaraq çıxıb gediblər. İnzibati xəta tərkibi yaradan hal isə bu vəziyyətdə yalnız 327.1-ci (ara məsafəsinin gözlənilməməsi) pozulmasıdır. Maddi ziyan yoxdursa, tərəflər öz aralarında razılaşıblarsa, əlavə qanun pozuntusundan söhbət gedə bilməz".
-------
16:48
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib.
OXU24.COM "oxu.az"a istinadən xəbər verir ki, P.Bülbüloğlu idarə etdiyi BMW markalı, diplomatik nömrəli avtomobili eyni istiqamətdə hərəkət edən, taksi fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı maşına arxadan vurub.
Qəza Səbail rayonu Xəqani küçəsində baş verib. Hadisə nəticəsində avtomobillərə cüzi maddi ziyan dəyib.
20:49 / 30 Oktyabr 2026
4
20:36 / 30 Oktyabr 2026
39
20:19 / 30 Oktyabr 2026
59
20:11 / 30 Oktyabr 2026
63
20:00 / 30 Oktyabr 2026
60
19:46 / 30 Oktyabr 2026
84
19:35 / 30 Oktyabr 2026
74
19:24 / 30 Oktyabr 2026
100
19:12 / 30 Oktyabr 2026
102
19:07 / 30 Oktyabr 2026
93
18:56 / 30 Oktyabr 2026
97
18:50 / 30 Oktyabr 2026
98
18:43 / 30 Oktyabr 2026
1514
18:27 / 30 Oktyabr 2026
90
18:17 / 30 Oktyabr 2026
109
18:14 / 30 Oktyabr 2026
207
18:07 / 30 Oktyabr 2026
136
18:01 / 30 Oktyabr 2026
303
18:00 / 30 Oktyabr 2026
198
17:51 / 30 Oktyabr 2026
83
17:47 / 30 Oktyabr 2026
807
17:35 / 30 Oktyabr 2026
288
17:20 / 30 Oktyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.