Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanın məşhur müğənnisi vəfat etdi - FOTO

Azərbaycanın məşhur müğənnisi vəfat etdi - FOTO

CƏMİYYƏT

2800

22.04.2022, 09:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanlı xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib.


Oxu24.com  xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. 

Bəstəkar 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Hacıyev Oqtay Abuzər oğlu 1951-ci ildə Şəmkirin Zəyəm-Cırdaxan kəndində anadan olub.

O, Xan Şuşinskinin sonuncu tələbəsi idi. Mərhum xanəndə eyni zamanda məşhur "Neyçün bəs” mahnısının müəllifidir. Sözügedən mahnını ilk dəfə 1979-cu ildə Xalq artisti Arif Babayev efirdə səsləndirib.