"Əvvəldən xəbər verildiyi kimi bu gün axşam saatlarından başlayaraq aprelin 21-i gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Şamaxı və Göygöldə yerləşən dopler radar məlumatlarına əsasən ölkənin şimal və qərb rayonlarında yağıntıların intensiv olması nəticəsində bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçməsi ehtimal olunur".
Bunu Milli.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, yaxın saatlarda şimal küləyinin sürəti saniyədə 25-30, gecə saatlarında isə 33 metrədək güclənəcək: "Bəzi rayonlarda da güclü külək müşahidə olunacaq".
Oxu24.com
ŞƏRHLƏR