Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68596
az

Qəfil ölən məktəblinin anası FƏRYAD ETDİ: “Hər iki xəstəxanada can verən oğlumun üzünə baxmadılar” - FOTO

18:0720 Aprel, 2022
244
CƏMİYYƏT
  • A

Bir həftə əvvəl Xətai rayonu 165 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun qəfil dünyasını dəyişməsinin səbəbi məlum olub.

Bizim.Media-ya danışan Ramal Osmanovun anası Mədinə Osmanova oğlunun həkim səhlənkarlığı və biganəliyindən öldüyünü iddia edib.

Ana Ramalın son nəfəsində ona K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD) və Ə.Qarayev adına 2 nömrəli Uşaq Klinik Xəstəxanasının həkimlərinin heç bir yardım göstərmədiklərindən şikayətçidir:

“Uşaq sağlam idi. Sadəcə, gözündə zəiflik və ürək döyüntüsü vardı. Müalicə alırdı. Aprelin 11-də gecə evdə qəfil burnundan qan açıldı. Qanını kəsə bilmirdik. Sumqayıt Şəhər Uşaq Xəstəxanasında oğluma bütün yardımlar olundu. İçəridən damarını yandırdılar və bir gün xəstəxanada qaldı. Analizlərində çıxmışdı ki, ağ qan qırmızı qanı yeyir.

Məsləhət gördülər ki, Bakıya gətirək. Elə Sumqayıt xəstəxanasının göndərişi ilə təcili tibbi yardım maşınında Ramalı OMD-yə gətirdik. Amma OMD-nin həkimləri uşağın təcili tibbi yardım maşınından düşməsinə belə imkan vermədilər. Üstəlik oğluma heç bir tibbi yardım göstərməyən həkim arxasını çevirərək yanımızdan uzaqlaşdı”.

OMD-dən biganəlik gördüyünü deyən və çarəsi kəsilən ana vəziyyəti ağırlaşan oğlunu daha sonra Ə.Qarayev adına 2 nömrəli Uşaq Klinik Xəstəxanasına aparıb.

Xəstəxana həkimi Ramala nəinki ilk tibbi yardım göstərib, üstəlik “bu bizim işimiz deyil” deyərək, uşağın üzünə belə baxmayıb:

“İndi başım qarışıqdır. Mən həmin xəstəxanalardan və oğluma yardım etməyən həkimlərdən şikayətçi olacağam. Onlara başa salacam, görüm, ilk tibbi yardım etmək onların işi deyilsə, xəstəxanada nə gəzirlər?

Təbii ki, hər kəsin bir qisməti var, mənim oğlumun da Allahın dərgahına qovuşması üçün vaxtı çatıbmış. Amma ölüm ayağında olan uşağın üzünə baxmamaq, ona heç bir yardım etməmək nə deməkdir?

Uşaq xəstəxananın qabağında, həkimlərin gözü önündə heç bir yardım edilmədən can verdi, ürəyi partladı. Mən bu məsuliyyətsizliyə görə onlardan əl çəkən deyiləm. Hər biri cəzasını çəkəcək”, - deyə ana fəryad edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tehrandan Ukraynadakı münaqişəyə baxış -Kim qalib gələcək?
Qəfil ölüm bu qan qrupundan yan keçir
Faciəvi şəkildə ölən Süleymanın FOTOSU

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı