Qaynar xətt:

(+99450) 247 90 86

Bu gün ilk Qədr gecəsidir

Bu gün ilk Qədr gecəsidir

CƏMİYYƏT

398

20.04.2022, 18:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

Ikinci Qədr gecəsi aprelin 21-də, üçüncüsü aprelin 23-də, sonuncusu isə aprelin 27-də olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

 

Xatırladaq ki, Şəvval ayının 1-i (2 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb.