Qaynar xətt:

(+99450) 247 90 86

Əvvəlcə keçmiş arvadını, sonra özünü öldürdü

Əvvəlcə keçmiş arvadını, sonra özünü öldürdü

CƏMİYYƏT

278

19.04.2022, 20:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubada 52 yaşlı kişi keçmiş arvadını qətlə yetirib, daha sonra intihar edib.

Rayon prokurorluğundan verilən xəbərə görə, aprelin 19-da Bərqov kənd sakinləri - 1966-cı il təvəllüdlü İlham Xudamov və 1973-cü il təvəllüdlü Sara Əsədovanın birgə yaşadıqları evdə ölmələri barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla İlham Xudamovun bıçaqla keçmiş arvadı Sara Əsədovaya çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.