Pul sarıdan bəxti gətirəcək bürclər
31 Oktyabr 2026, 04:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
416
19.04.2022, 18:44
Goranboyun Balakürd kənd sakini olan Aslanovlar ailəsinin absurd səbəbə görə, sosial yardım ödənişinin kəsilməsi haqda məlumatı diqqətinizə çatdırmışdıq.
Bizim.Media-nın işıqlandırdığı bu problemə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən operativ şəkildə reaksiya gəldi və problemin həlli istiqamətində məlumatlar verildi.
Lakin vətəndaş Goranboy rayon üzrə Sosial Müdafiə fonduna etdiyi müraciətinin hələ də həll yolu tapmadığını qeyd edir.
Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə müraciətimizə cavab olaraq bildirildi ki, prosesin hərəkətlənməsi üçün Rəqəmsal İnnovasiyalar Mərkəzi məsuliyyət daşıyır. Onlar verilən məlumatı yenilədikdən sonra nazirlik üzərinə düşən işi icra edəcək.
Rəqəmsal İnnovasiyalar Mərkəzinin mətbuat katibi Xanım Yadigarlı isə Bizim.Media-nın sorğusunu müsbət cavablandırıb.
O, bildirib ki, müraciətlə bağlı aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanıb və məsələnin dəqiqləşdirilməsi üzrə işlər aparılır:
“Qanuna uyğun olaraq ünvanlı dövlət sosial yardımın verilməsi üçün müraciət edənin mülkiyyətində mal varlığının yoxlanılması üçün Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin müvafiq İnformasiya sistemlərinin mövcud məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron İnformasiya sisteminə inteqrasiya olunub.
Müvafiq informasiya sistemlərinə əsasən şəxsin mülkiyyətində və ya istifadəsində (etibarnamə əsasında) nəqliyyat vasitəsinin olması ad, soyad, ata adı üzrə yoxlanılır. Vətəndaş Aslanov Hüseyn Əkbər oğlunun ünvanlı dövlət sosial yardımı ilə bağlı 227918000151901 nömrəli müraciəti zamanı Azərbaycan Respublikasının DİN-in müvafiq informasiya sistemindən ad, soyad və ata adına görə yoxlama əsasında eyniadlı ailə üzvü Aslanov Həsən Hüseyn oğlunun mülkiyyətində nəqliyyat vasitəsi aşkar olunub.
Artıq müraciətlə bağlı aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanıb və məsələnin dəqiqləşdirilməsi həyata keçirilib. Ərizə üzrə müraciət yenidən emal edilib.
Ailənin maddi-məişət şəraitinin müayinəsi Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölməsi tərəfindən həyata keçirildikdən sonra müraciətin nəticəsinə dair qərar veriləcək. Qərar barədə məlumat vətəndaşa sms formasında göndəriləcək”.
X.Yadigarlı həmçinin qeyd edib ki, sözügedən vətəndaş qərar verildiyi halda müraciət etdiyi ayın 1-dən etibarən ödənişləri almağa davam edəcək:
“Qeyd edək ki , vətəndaşa 01.04.2021-ci il tarixindən ünvanlı sosial yardım təyin olunub və ünvanlı dövlət sosial yardımı 12 ay müddətinə təyin olunduğu üçün 31.03.2022-ci il tarixinə qədər ödənilib.
Vətəndaşın maddi-məişət şəraitinin müayinəsindən sonra ünvanlı dövlət sosial yardımının təyin edilməsinə dair qərar veriləcəyi halda vətəndaşa müraciət etdiyi ayın 1-dən etibarən ödənişləri ediləcəkdir”.
Xatırladaq ki, şikayətçi Hüseyn Aslanovun 2018-ci il təvəllüdlü oğlu Həsən Aslanovun adına “10XH563” dövlət nömrə nişanlı 1976-cı ilin istehsalı olan avtomobilin olduğu deyildiyi üçün ailənin ünvanlı sosial yardımı alma istəyi nazirlik tərəfindən rədd edilmişdi.
00:59 / 31 Oktyabr 2026
21
00:50 / 31 Oktyabr 2026
60
00:24 / 31 Oktyabr 2026
80
00:18 / 31 Oktyabr 2026
109
00:07 / 31 Oktyabr 2026
78
00:03 / 31 Oktyabr 2026
271
00:02 / 31 Oktyabr 2026
94
23:56 / 30 Oktyabr 2026
86
23:46 / 30 Oktyabr 2026
77
23:44 / 30 Oktyabr 2026
105
23:32 / 30 Oktyabr 2026
171
23:31 / 30 Oktyabr 2026
85
23:28 / 30 Oktyabr 2026
81
23:23 / 30 Oktyabr 2026
91
23:19 / 30 Oktyabr 2026
104
23:19 / 30 Oktyabr 2026
72
23:08 / 30 Oktyabr 2026
214
23:01 / 30 Oktyabr 2026
99
23:01 / 30 Oktyabr 2026
557
22:55 / 30 Oktyabr 2026
936
22:49 / 30 Oktyabr 2026
165
22:42 / 30 Oktyabr 2026
82
22:35 / 30 Oktyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.