Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68513
az

O bilir ki, izdihamı videoya çəksə reklamçılardan milyonlarla pul götürəcək - SORĞU

18:3518 Aprel, 2022
223
CƏMİYYƏT
  • A

“Müasir nəsil bir qədər fərqli düşünən, yaşayan, sosiallaşmağı bacaran, lazım olan anda öz fikirlərinə və zövqünə uyğun hadisələr, tədbirlər, insanlarla görüş olduqda belə izdihamla yığışa bilirlər. Bu dünyanın hər yerində var. Vaxtilə Ledi Qaqanın və Maykl Cekson kimi məşhur simaların konsertində olan izdihamın Azərbaycanda da fərqli formatı vardı”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, vaxtilə Zeynəb Xanlarova stadionları, mədəniyyət evlərini insanlarla doldurardı: “Eyni zamanda məsul bayramlarda da bu tipli izdihamlar olurdu. Hüseyn Həsənov kifayət qədər populyar bir bloggerdir. O həm də marketoloqdur. O bilir ki, bu izdihamı videoya çəksə reklamçılar onun hesabına milyonlarla pul ötürəcək. Bu onun üçün çox asandır, çünki maliyyə vəsaiti var”.

  Aydın Xan Əbilov  sozlərinə belə davam edib: “Bu izdiham əsasən də ata-anadan “İphone” tələb edə bilməyən yeniyetmələrdən ibarət idi. Onlar üçün maraq sırf “İphone”ni əldə etməkdir. Gənclər ora Hüseyni görməyə gəlməmişdilər. Çünki zatən sosial şəbəkə vasitəsilə görürlər.

İnsanlar xüsusilə post-pandemiyadan sonra olan belə kollektiv tədbirlər üçün də darıxıblar. Hər birimiz tənqid edə bilərik ki, ölkəyə nobel mükafatçısı və beynəlxalq ekspertlər gəlsə onların tədbirlərində belə izdiham olmur. Bu insanlara pul və ya hədiyyə qazandıracaq tədbir kimi təşkil olunur. Yer seçimi isə uğursuz idi. Belə tədbirlər açıq havada təşkil olunsa idi izdiham da olmazdı”.

Deputat Fazil Mustafa isə məsələyə belə münasibət bildirib: "Mən azərbaycanlıları və cəmiyyətimizi tanıyıram. “Park Bulvar"da tort, ya da krassovka verilsəydi, başqa bir təbəqə orada izdiham yaradacaqdı. Hələ bunlar bir az mütərəqqi təbəqədir ki, “iPhone” istəyirlər. Qalanlar nə istəyəcəkdi?! Yəni bu sosial şəbəkədəkilər, qaragüruh yaradanlar onlardan ağıllıdır ki?!

Hamı düşüb ki, izdiham yaşandı və s. Hələ orada normal davranıldı. Ərzaq paylanılsaydı, görün nə olacaqdı. Bu cəmiyyəti müstəqillik dövründə irəli apara bilmədik, çünki normal, yaxşı təhsil verə bilmədik.

O uşaqlar haradasa universitetdə oxuyur, orta məkəb şagirdidirlər, onların normal təhsili yoxdur. Sadəcə özlərini təkmilləşdirmək, nələrsə öyrənmək üçün texnoloji vasitələr istəyirlər. Bu gün 5 yaşlı uşaq da məndən və sizdən daha yaxşı idarə edir “iPhone”u. Müasir texnologiyanın ərsəyə gətirdiyi bir şeydir bu. Burada hansısa təhlükə niyə olsun?! Təhlükə cəhalətdədir, təhlükə bir sürü kimi hansısa yalançının dalınca gedənlərdədir. Siyasətdə də belədir. Çıxsın, bir dələduz desin ki, bunları vəd edəcəyəm, kimsə getməyəcək?! Hansı vicdanlı adamın dalınca bu qədər insan gedib axı?!".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı