Qaynar xətt:

(+99450) 247 90 86

Mexaniki qaz sayğacları ikiqat pul yazır? - Rəsmi açıqlama

Mexaniki qaz sayğacları ikiqat pul yazır? - Rəsmi açıqlama

CƏMİYYƏT

370

15.04.2022, 19:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Mexaniki sayğacların qaz sərfiyyatının daha çox olması kimi fikirlər əsassızdır".

OXU24.COM  bakupost.az-a istinadla xəbər verir ki, bunu "Azəriqaz" İB-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

O bildirib ki, belə şayiələr sosial şəbəkələrə bilərəkdən ötürülür:

"Mexaniki sayğacların guya 1 kub əvəzinə 2 kub yazması ilə bağlı məlumatlar yayılır. Martın 18-də medianın da iştirakı ilə keçirilən aksiyada sayğaclar yoxlanıldı və məlum oldu ki, bu kimi fikirlər əsassızdır".