Azərbaycandan Türkiyəyə BAŞSAĞLIĞI
31 Oktyabr 2026, 12:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
514
14.04.2022, 19:30
Goranboy rayonunda hər kəsi heyrətə gətirəcək hadisə baş verib. Belə ki, 3 ildir ünvanlı sosial yardım alan goranboylu ailə absurd səbəbə görə artıq bu yardımı ala bilmir. Səbəb isə ailənin 3 yaşlı körpəsinin adına avtomobil olduğunun aşkarlanmasıdır.
Bəli düz eşitdiniz, sən demə 3 yaşlı körpənin bir avtomobili varmış, həm də 46 il öncə istehsal olunmuş və bu uşaq tərəfindən 23 il əvvəl alınıb. Bizim.Media-nın araşdırmasına görə, bu ağılasığmaz hadisə Goranboy rayonunun Balakürd kənd sakini olan Aslanovlar ailəsində baş verib.
Ailə başçsı Hüseyn Aslanovun sözlərinə görə, 5 nəfərdən ibarət olan bu ailənin sosial yardım almaq istəyi aidiyyatı nazirlik tərəfindən rədd edilib:
“2 azyaşlı qız və 1 oğlan övladım var. 3 ildir ünvanlı sosial yardım alırdıq. Amma 2018-ci il təvəllüdlü oğlum Həsən Aslanovun adına “10XH563” dövlət nömrə nişanlı 1976-cı ilin istehsalı olan avtomobilin olduğu deyilir. Belə bir məntiqsiz cavabın və qərarın haradan qaynaqlandığını anlamaqda çox çətinlik çəkirik”.
Şikayətçi H.Aslanovun sözlərinə görə, adiyyatı olaraq lazımi ünvanlara zəng etsə də ona tutarlı cavab verən tapılmır:
“Nazirliyin “142”, “902” və “102” qaynar xətt nömrələri ilə əlaqə saxlamışam. Bildirmişəm ki, ailəmin bu günədək heç bir markalı avtomobili olmayıb. Əgər belə olsaydı son 3 il ərzində üzə çıxardı və bu dönəmdə ailəyə sosial yardım təyin edilməzdi. Digər tərəfdən 3 yaşlı uşağın adına 272 aydır istifadəsində olan avtomobilin olması gülünc və absurd məsələdir.
Kasıb ailəyik, birtəhər dolanırıq, avtomobilimiz isə heç vaxt olmayıb. Zəng etdiyim qaynar xətlərdə də sualım çaşqınlıq yaratdı. Amma çox təəssüf ki, aidiyyati qurumlar məsuliyyəti bir-birinin üzərinə atır”, - deyə şikayətinin həll yolunu axtaran H.Aslanov kimlərə müraciət etməli olduğunu artıq bilmir.
![]()
![]()
12:28 / 31 Oktyabr 2026
15
12:23 / 31 Oktyabr 2026
66
12:10 / 31 Oktyabr 2026
36
11:42 / 31 Oktyabr 2026
66
11:40 / 31 Oktyabr 2026
106
11:36 / 31 Oktyabr 2026
227
11:34 / 31 Oktyabr 2026
64
11:15 / 31 Oktyabr 2026
858
11:12 / 31 Oktyabr 2026
76
11:10 / 31 Oktyabr 2026
149
10:25 / 31 Oktyabr 2026
90
10:24 / 31 Oktyabr 2026
79
09:22 / 31 Oktyabr 2026
92
04:25 / 31 Oktyabr 2026
376
00:59 / 31 Oktyabr 2026
143
00:50 / 31 Oktyabr 2026
654
00:24 / 31 Oktyabr 2026
154
00:18 / 31 Oktyabr 2026
316
00:07 / 31 Oktyabr 2026
151
00:03 / 31 Oktyabr 2026
894
00:02 / 31 Oktyabr 2026
211
23:56 / 30 Oktyabr 2026
123
23:46 / 30 Oktyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.